Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

London meri ilk dəfə müsəlman ola bilər

“YouGov” təşkilatının keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən, London meri ilk dəfə müsəlman ola bilər.

Qazeta.ru bildirir ki, Leyboristlər partiyasının üzvü, Pakistan əsilli Sadiq Xan London meri seçkilərinin birinci raundunda səslərin 43 faizini, onun əsas rəqibi – mühafizəkar Zak Qoldsmit isə 32 faizini toplaya bilər.

Yekun nəticədə isə Xanın 57 faiz, Qoldsmit isə 43 faiz səs toplayacağı proqnozlaşdırılır.

Sorğu 2-4 may tarixlərində 1574 respondent arasında keçirilib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Əsəd Putinə məktub göndərdi: “Qəti qələbəyə kimi…”

%d bloqqer bunu bəyənir: