Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

London ayağa qalxdı: “Sadiq Xan prezident olsun”

London əhalisi şəhər meri Sadiq Xana Londonun müstəqil dövlət elan edilməsi üçün müraciət edib.
24saat.org axar.az-a istinadən bildirir ki, müraciətdə Londonun müstəqil dövlət olduqdan sonra AB-yə üzv olması məsələsi də yer alıb. Bu vaxta qədər müraciəti 27 mindən çox Breksit əleyhdarı imzalayıb. Onlar Londonu müstəqil dövlət, Sadiq Xanı isə prezident kimi görmək istədiklərini bildiriblər.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa Birliyindən ayrılması ilə bağlı keçirilən referendumda London əhalisinin 60 faizindən çoxu Britaniyanın AB-də qalmasına səs verib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Yerevanda dörd müxalifətçi oğurlanıb

%d bloqqer bunu bəyənir: