Advertisements
24 saat

“Lill”in baş məşqçisi: “Bu fürsətlərin hamısından istifadə edə bilmədik”


“Komandada çətinliklər var idi. Erkən qol buraxmağımız pis oldu. Bakıdakı oyunda daha hazırlıqlı olacağıq”.

24saat.org apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının III təsnifat mərhələsinin bu gün keçirilən “Lill” – “Qəbələ” oyunundan (1:1) sonra meydan sahblərinin baş məşqçisi Frederik Antonetti deyib.

Matçdan sonra keçirilən mətbuat konfransında çıxış edən mütəxəssis oyun barədə sualları cavablandırıb: “Cavab oyunu barədə nəsə demək çətindir. İnanıram ki, mərhələni adlayacağıq. Çox hücum etdik, ancaq bu fürsətlərin hamısından istifadə edə bilmədik. “Qəbələ” təcrübəli komandadır. Mərhələ adlamaq şansımız 50 faizdir”.

Komandasının əsas hücumçusu Ederin də durumuna aydınlıq gətirən Antonetti bunları deyib: “Eder cavab oyunu üçün Bakıya gedəcək heyətdə ola bilər. Amma yüz faiz deyə bilmərəm ki, cavab görüşündə meydana çıxacaq, ya yox””.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: