Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Levandovski evində ölü tapıldı

Almaniyanın “Bayer” klubunun sabiq baş məşqçisi Saşa LevandovskiBoxumda evində ölü tapılıb. ANS PRESS-in məlumatına görə, alman polisi bu faktı təsdiq edib. Hələlik ölümün səbəbi bilinmir. Ancaq Levandovskinin intihara əl atması da istisna deyil. Bu barədə heç bir məlumat verilmir. 44 yaşlı məşqçi sonuncu dəfə “Union Berlin” klubunu çalışdırıb.

Mondraqon "Qalatasaray"-"Beşiktaş" derbisində

Mondraqon “Qalatasaray”-“Beşiktaş” derbisində

Bu il yanvar ayında bir vaxtlar “Qalatasaray”ınheyətində xaruqələr yaradan kolumbiyalı qapıçıFərid Mondraqon özünə qəsd edib. Buna səbəb əfsanəvi qapıçının psixoloji sarsıntı keçirməsi olub. 45 yaşlı Mondi həyat yoldaşı ilə boşanma ərəfəsində olduğundan psixoloji sarsıntı keçirib. Məhz bu səbəbdən onun intihar təşəbbus göstərdiyi bildirilir. Mondraqon intihar etmək məqsədiylə çoxlu dərman qəbul edib. Vaxtında xəstəxanaya çatdırılan qapıçını xilas etmək mümkün olub. Kolumbiya millisinin sabiq üzvünün hazırda vəziyyəti yaxşıdır.

6 il “Qalatasaray” forması geyinmiş Mondraqon indiyədək azərkeşlərin sevimlisi olaraq qalır. Sonuncu dəfə o, ötən il ailəsi ilə birgə “TT Arena” da keçirilən “Qalatasaray”-“Beşiktaş” derbisini izləyib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Avropa çempionatının ən bahalı komandası və futbolçusu açıqlanıb – SİYAHI

%d bloqqer bunu bəyənir: