Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Lerikdə seçki biabırçılığı: Qüdrət Həsənquliyevin partiyasının adı altında alver edilir

26 sentyabrda keçiriləcək referendum öncəsi seçki komisiyalarının yenidən formalaşdırılması prosesi yerli icra hakimiyyətləri orqanlarının əlavə qazanc mənbələrindən biridir. Xüsusi ilə “müxalifət” partiyalarının adı altında seçki komisiyalarına üzvlərin seçilməsi zamanı biabırçı hallar yaşanır.

78 saylı Lerik Seçki Dairəsində də analoji hallar yaşanır. Lerik sakinlərindən AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, hakim Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov bu işdə xüsusi fəallıq edir. Milli Məclisin üzvü Qüdrət Həsənquliyevin sədri olduğu Bütov Azərbaycan Xalq Cəbhəsi Partyasının adından seçki komisiyalarına nümayəndələr təyin edilir. Ən biabırçı hal isə odur ki, komisiya üzvü olmaq istəyənlər minimum 100 manatından keçməli olurlar. Qüdrət Həsənquliyevin partiyasının Lerik şöbəsinin sədri Cabbar Zülfüyevin seçki öncəs rayonu tərk etməsi də qaranlıq məqamlardan xəbər verir.
Lerikdən AzToday.az-a daxil olan şikayətdə deyilir ki, rayonun ikinci ən böyük kəndi olan Soruda Məntəqə Seçki Komisiyasının BAXCP-dən olan üzvü tələb olunan müvafiq məbləği verməkdən imtina etməsindən sonra onun yerinə başqa kəndin sakini komisiya üzvü təyin edilib. Soru kənd sakini Nurəli Əsədovun sözlərinə görə, kənddə xeyıi işsiz adam olmasına baxmayaraq kəndin MnSK-sına başqa yerdən olan adamın komisiya üzvü təyin edilməsi biabırçılıq olmqla yanaşı bu prosesdə maddi maraqların rol oynadığından xəbər verir.
Kənd sakini bildirir ki, Soruda referenduma gedən olmayacaq. Çünki kəndin MnSK-sına başqa yerdən komisiya üzvü təyin olunması onlar üçün təhqirdir: “Onsuzda hamı komisiya üzvlərinin necə təyin edildiyini bilir. Xalq Cəbhəsinin adından istədiyi adamları komisiya üzvü təyin edirlər”.

24saat.org

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Radik İsayevə “Lexus” hədiyyə etdilər – FOTO

%d bloqqer bunu bəyənir: