Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Lavrovun “Qarabağ PLANI”: Sarkisyan təslim oldu

“Dördgünlük müharibə”dən sonra Rusiya siyasətçilərinin regiona sıx səfər proqramı bir qədər səngidi. Məlumatlara görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı plan hazırlayıb və məsələ birbaşa Vladimir Putinin şəxsi nəzarətindədir. Bu plan “Kazan düsturu”, yaxud “Lavrov planı” kimi təqdim edilir. Lakin ümumi proseslər Kremlin köhnə variantlara istinad edərək, bir qədər yenilənmiş formada plan hazırladığını göstərir.

Rusiya baş diplomatı Sergey Lavrovun İrəvana səfəri də baş verənlər fonunda diqqət çəkir. Güman ki, Lavrov sözügedən planın detallarını ermənilərlə müzakirə etmək üçün bu səfərə çıxıb.

Lavrovun İrəvan səfəri iki aspektdən diqqət çəkir.

Birinci aspekt: Putin baş diplomatının İrəvana göndərməklə ermənilər arasında güclənmiş anti-Rusiya əhval-ruhiyyəsini yumşaltmağı düşünür. Səfərin ictimaiyyətə açıq hissəsində bu açıq şəkildə müşahidə olundu. Misal üçün, Lavrov mətbuat konfransında Qarabağa görə Türkiyəni ittiham etməklə daha çox ermənilərin izzət-nəfsini oxşamağa cəhd edirdi. Yaxud konfransdan öncə qondarma “erməni soyqırımı” abidəsinə üzündəki diplomatik kədərlər birgə baş çəkərək, “tər çiçəklər” düzdü. Jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistan iqtisadiyyatının inkişafında maraqlı olduğunu bildirdi və qeyd etdi ki, Moskva erməni iqtisadiyyatının Avrasiya İqtisadi İttifaqınam sürətli inteqrasiyası üçün əlindən gələni edəcək. Bu ictimai rəyə hesablanmış ümumi diplomatik dil idi.

İkinci aspekt: Bağlı qapılar arxasında Lavrovun hansı dildən istifadə etdiyini deyə bilmərik, amma bunun diplomatik dil olmadığı dəqiqdir. Çünki Ermənistanda son günlərin abı-havası belə fikirləşməyə imkan verir. Serj Sarkisyan Dağlıq Qarabağa səfər etdi. Bu, Azərbaycan Ordusu qarşısında titrəyən erməni hərbiçilərinə ürək-dirək vermək xarakteri daşıyırdı. Lakin erməni mənbələr Sarkisyanın Qarabağdakı hərbiçilərlə boşaldılacaq əraziləri müzakirə etdiyini qeyd edir. Ardınca Sarkisyanın Qarabağ danışıqlarında ediləcək güzəştlərlə bağlı xalqına müraciət edəcəyi haqda da məlumat yayıldı. Rusiyanın Qarabağ planının detalları bəlli deyil, amma erməni mediası tez-tez “Ermənistan güzəştə məcbur edilir” deyə yazırlar. Deməli Lavrov bağlı qapılar arxasında daha çox diktə dili ilə danışıb. Lavrovun səfərindən sonra baş verəcək proseslər bağlı qapılar arxasında müzakirə ediləcək məsələlərə müəyyən aydınlıq gətirə bilər.

***

Ermənistanda “lragir” saytının Lavrovun səfərinə dair yaydığı məlumat bu kontekstdə diqqət çəkir.

“Lavrov İrəvana Rusiyanın planını gətirdi və bu plan faktiki olaraq Ermənistanın əraziləri boşaltmasını özündə əks etdirir. Artıq o faktdır ki, Sarkisyan Qarabağa məhz bu planı müzakirə etmək üçün getmişdi. Maraqlıdır ki, Sarkisyan Qarabağda görüşlərini axşam saatlarında keçirdi. Bu, adətən fövqəladə məsələsinin müzakirə edilməsinə bənzəyirdi. Məlumatlara görə, bu müzakirələrdə “Daşnaksütyun” partiyası da iştirak edib, həmçinin, bir neçə generallar da orada olub. Yəni müzakirə təkcə Qarabağdakı hərbiçilərlə aparılmayıb, orada İrəvandan getmiş bir çox siyasətçi və hərbiçi də olub. Sarkisyan Rusiyanın Qarabağ planını təqdim edib və ciddi etirazla qarşılanıb. Sabiq xarici işlər naziri Georqi Petrosyan ayağa qalıb və qapını çırparaq çıxıb. Məlumatlara görə, deputat general Vitali Balasanyan bildirib ki, kimsə bu razılaşmanı imzalamağa cürət etsə, onu şəxsən özü güllələyəcək. Dağlıq Qarabağın (qondarma “DQR”) “xarici işlər naziri” isə çıxışında Rusiyanın planına uyğun danışıb”, – deyə sayt yazır.

Hesab etmək olar ki, Rusiya əvvəlcə Qarabağla bağlı planı İrəvana təqdim edib. Sarkisyan da həmin planı Xankəndində keçirilən iclasda müzakirə edib. Sözsüz ki, bu “Qarabağı tərəf kimi göstərmək” siyasətinin davamı, həm də Rusiyaya “Qarabağın taleyini onlar həll edir” mesajı idi. Məhz buna görə planın müzakirəsi üçün yer Xankəndi seçilib. Lakin Kreml İrəvana təqdim etdiyi planla bağlı qənaətbəxş cavab almadığı üçün, Lavrov birbaşa ermənilərin paytaxtına gələrək, onlara diktə edib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ramil Usubov polis rəisini işdən çıxartdı

%d bloqqer bunu bəyənir: