Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Lavrovla Nalbandyan Qarabağı müzakirə etdilər

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanlı həmkarı Edvard Nalbandyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. ANS PRESS-in Rusiya XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün baş tutan telefon danışığı zamanı münaqişənin tənzimlənməsi perspektivləri və atəşkəsə riayət edilməsi haqda mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Sonuncu dəfə XİN rəhbərləri münaqişəni müzakirə etmək üçün İrəvanda görüşüblər. Aprelin 21-22 Sergey lavrovun İrəvana səfəri baştutub. Səfər çərçivəsində nazir Ermənistan prezidenti Serj Sarkisyan və həmkarı Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüş keçirib. Nalbandyanla görüşdən sonra Lavrov Dağlıq Qarabaq münaqişəsinin hərbi yolla həllinin olmadığını bildirib. “Konflikt yalnız siyasi-diplomatik yolla həll edilə bilər” – deyə Lavrov görüş sonrası mətbuat-konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda vəziyyətin inkişafı kontekstində 1994-cü ildə imzalanmış atəşkəs sazişi və onun inkişafı üçün 1995-ci ildə qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəsin möhkəmləndirilməsi haqqında sazişlərə riyaət etmək lazımdır. “Bu sazişlər müddətsizdir”, – deyə Lavrov əlavə edib.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Zakir Həsənov azad edilmiş ərazilərdə

%d bloqqer bunu bəyənir: