Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

Lavrov və Çavuşoğlu Soçidə görüşəcəklər

Rusiya xarici işlər naziri Sergey Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Soçidə keçiriləcək iclası çərçivəsində Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşəcəyini təsdiqləyib.

Bu barədə Rusiyanın “RİA Novosti” agentliyi məlumat yayıb.

“İyulun 1-də Soçidə QDİƏT XİNŞ-in iclası keçiriləcək. Rusiya və Türkiyə bu təşkilatın üzvləridir. Biz sədr ölkə kimi bu iclası Rusiyanın cənub paytaxtında keçirəcəyik. Orada türkiyəli həmkarımın istəyi əsasında onunla ikitərəfli görüş də planlaşdırılır. Suriya məsələsini də müzakirə edəcəyik”, – deyə S.Lavrov fransalı həmkarı Jan-Mark Eyro ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Ermənistan ordusunda daha bir əsgər öldü

%d bloqqer bunu bəyənir: