Now Reading:
Lavrov Qarabağ müzakirələri üçün İrəvandadır
Full Article 30 second read

Lavrov Qarabağ müzakirələri üçün İrəvandadır



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana iki günlük səfərə gedib. Musavat.com RİA “Novosti”yə istinadən xəbər verir ki, o, səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.

Səfərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Sergey Lavrov münaqişənin həlli ilə bağlı müəyyən təkliflər irəli sürəcək. “Sergey Lavrov heç bir yerə əliboş getmir”, – XİN təmsilçisi demişdi.

Bununla belə, Mariya Zaxarova Lavrovun təkliflərinin plan, proqram, layihə və ya sənəd kimi təqdim etmək doğru deyil.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: