Lavrov: “Moskva ilə Vaşinqton istənilən halda razılığa gəlməlidirlər”

“Moskva ilə Vaşinqton istənilən halda razılığa gəlməlidirlər. Bu, nə qədər tez baş versə, o qədər yaxşı olar”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovdeyib. O bildirib ki, iki ölkə arasında münasibətlərdəki problemlər çoxdan, Ukrayna hadisələrindən çox əvvəl yığılıb: “Bu problemlər o zaman başladı ki, onlar bizim beynəlxalq problemlərin müzakirəsində geriyə addım atmayacağımızı gördülər. Onlar gördülər ki, Rusiya prezidenti Vladimir Putin xarici siyasətimizin müstəqilliyini bərpa edir”.

S.Lavrov ABŞ-ın nəhəng dövlət olduğunu vurğulayıb: “Lakin digər dövlətlər onların qaydaları ilə oynamalı deyillər. Aylar öncə ABŞ prezidenti Barak Obama dünyada qaydaların məhz onlar tərəfindən qoyulmalı olduğunu söyləmişdi. Bu təkəbbürdür. Əgər bizim amerikalı həmkarlarımız bu cür fikirləşirsə, o zaman onlar dərk etməlidirlər ki, bu dünyada artıq heç kim təklikdə heç nə edə bilməz. Ona görə də, razılığa gəlinməlidir. Bu, nə qədər tez baş versə, o qədər yaxşı olar”.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Oliqarxlar villalarının başı üzərini duman bürüdü: Müsadirə olunacaq

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: