Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
aqil-nezerli

Laçının başçısından YAP üzvünə zərbə – Fakt

Laçının Qarqışlaq kənd sakini 24saat.org-a məktub yazıb. Müvəqqəti Ağcabədinin Taxtakörpü qəsəbəsidə yaşayan Əhmədov Kənan Əli oğlu qeyd edib ki, YAP üzvüdür, bir övladı var.

Onun sözlərinə görə, 2007-ci ildən Laçında 55 saylı Yol İstismar MMC-də yol ustası və 2008-ci ildən isə iş icraçısı işləyib:
“10 ilə yaxın bu vəzifədə olmuşam. İxtisar bəhanəsi ilə 08 iyul 2016-cı ildə məni işdən qanunsuz olaraq azad ediblər. Dəfələrlə bir çox tarixlərdə yazılı və şifahi olaraq rayon rəhbərliyinə müraciət etsəm də, qəbullarında olsam da, müraciətimin heç bir nəticəsi olmayıb”.
K.Əhmədov bildirib ki, ali təhsilli olduğu halda işdən azad edilib və yerinə ali təhsili olmayan şəxs təyin olunub: “Mənə və ailəmə birinci mənəvi zərbə erməni daşnaqları tərəfindən vurulub, hazırda məcburu köçkünəm, vətən həsrəti çəkirəm.
Bunu özümə doğma Laçın rayonumun rəhbərliyi tərəfindən ikinci zərbə hesab edirəm ki, bu, lazım deyildi. Cənab prezident, xahiş edirəm ki, Laçın rayon 55 saylı Yol İstismar MMC-də iş icraçısı vəzifəsinə bərpa olunmağıma və ya başqa işlə təmin edilməyimə göstəriş verəsiniz”.
24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib -Foto

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: