Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Lənkəranskinin ardınca killerlər başqa “oğru”ların ovuna çıxıb

İstanbulda güllələnən Rövşən Canıyevdən başqa killerlər bir sıra “qanuni oğru”ların ovuna çıxıblar.

Bu barədə “Rosbalt”a mövcud dairələrdəki vəziyyətə yaxından bələd olan mənbə bildirib.

Mənbənin məlumatına görə, “qanuni oğru” Rövşən Canıyevin qətli ilə kriminal müharibə sona çatmayacaq.

“Killerlər Rövşənin daxil olduğu klana aid bir qrup “qanuni oğru”nun qətlinə dair “sifariş” alıblar. Onların arasında Antalyada yaşayan Merab Canqveladze də var. Killerlər onu da izləyirlər.

Bundan başqa Cemal Mikeladze də – hazırda Rusiyadan İtaliyaya ekstradisiyasını gözləyir,- həbsxananın astanasından çıxan kimi gülləyə tuş gələ bilər”,- deyə agentliyin həmsöhbəti bildirib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rövşən Lənkəranski kimdir? – Bioqrafiya

%d bloqqer bunu bəyənir: