Loading...
Loading...
8-1

Lənkəranskidən Şeyxə keçən obyektlərin adı açıqlandı

“Kriminal avtoritetlər”in maliyyə imkanları öz sirliliyi ilə hər zaman KİV-in diqqətini çəkib. Bunu anlamaq olar, belə ki, “qanuni oğrular” müasir tarixin ən sirli və bağlı mövzularından biridirlər. 

Amma həqiqət ondan ibarətdir ki, həmin “qanuni oğrular” “Forbes” jurnalının siyahısında yer alan milyarderləri müdafiə edən vəkilləri himayə edir.

oxu.az xəbər verir ki, “Sputnik Azərbaycan” qafqazlı “qanuni oğrular”ın iqtisadi nüfuzuna işarə edən detallar barədə məlumat toplaya bilib.

Belə ki, bəzi “kriminal avtroitetlər” əgər sağ olsaydı, İtaliya-Amerika mafiya klanlarından ən nüfuzlusunun başçısı Don Vito Karleoneyə rəqib ola bilərdilər.

Bu ilin oktyabrında “Sputnik” azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölümündən sonra 1975-ci il təvvəllüdlü və kriminal aləmdə Şeyx Həmzət adı ilə tanınan çeçen “qanuni oğru” Həmzət Qastamirovun nəzarətinə keçən İtaliyadakı lüks hotellərdən yazırdı. Xatırladaq ki, Lənkəranski nağd pula bir ayda İtaliyanın Pozitano şəhərində “Le Sirenuse” və “Covo dei Saraceni” lüks hotellərini alıb – bununla da İtaliyanın maliyyə polisinin diqqətini çəkib.

Birinci hotel 52 milyon avroya, ikinci isə 49 milyon avroya alınıb. Hüquq-mühafizəçilər araşdırma nəticəsində Caniyevin adı ilə qarşılaşıblar, halbuki kriminal avtoritet hotelləri öz adına qeydiyyatdan keçirməmişdi. “Covo dei Saraceni” hoteli Lənkəranskinin yaxından dostluq etdiyi Şeyx Həmzətin arvadının adına qeydiyyatdan keçirilmişdi. Caniyevin ölümündən sonra Şeyx iki türk və bir çeçen mafiya klanının Caniyevin düşmənlərinə qarşı birləşdirilməsinin təşəbbüskarı olub.

“Le Sirenuse” hotelini Lənkəranski öz qohumlarından birinin adına qeydiyyatdan keçirmişdi. Amma bu gün hər iki hotel Şeyx Həmzətin qrupuna məxsusdur. Çeçen avtoritetinin vəkilləri bu ilin payızında “Le Sirenuse” hotelini də Caniyevin qohumlarının adından çıxararaq öz nəzarətlərinə keçiriblər. İtaliya maliyyə polisinin Caniyevin adı ilə qarşılaşdıqda sonuncu bütün iri yatırımları Qastamirovun nəzarəti altına verməli olub…

Amma bu hələ mafiya qruplarının Avropa kassasına gəlir gətirən bütün obyektlər deyil. Avropada Qastamirovun klanı Rusiya bazarına mal tədarük edən topdansatış bazalarına nəzarət edir. Bununla yanaşı, oğruların “qarşılıqlı yardım kassalarının” və ya “obşak” (“ümumi”) adlandırılan kassaları əsl bankların aktivləri ilə rəqabət aparma imkanı var.

Kriminal dairələrə yaxın mənbələr, şeyx Həmzətin nəzarəti altında olan şirkətlər qrupundan danışıb. Maraqlıdır ki, çeçenin Rusiyanın DİN və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazasında kiminal avtoritetə dair 37 cinayət işinin və dosyenin olmasına baxmayaraq, əvvəllər  KİV səhifələrində adı keçməyib. “Karyera”sına isə Arbatda Sovet İttifaqı dağılan kimi, 1992-ci ildə başlayıb. O zaman onun nəzarətinə Kiyev dəmir yolu vağzalının yaxınlığında yerləşən “Arevik” erməni restoranı keçmişdi.

İndi həmin yerdə “Yevropeyski” ticarət mərkəzi yerləşir, onun sahibləri isə əslən Tovuz rayonundan olan İlham Rəhimov və əslən Azərbaycandan olan Qod Nisanovdur.

“Arevik” restoranından sonra Şeyx Həmzət Köhnə Arbatda yerləşən “Mziuri” restoranına vergi təyin edir. Bundan sonra Köhnə Arbatdakı bütün gəlirli obyektlər onun əlinə keçir. 1999-cu ildə Moskva üfüqündə Rövşən Lənkəranski peyda olanda Qastamirov artıq müəyyən nüfuza malik idi. Lənkranski qısa bir müddət ərzində Qastamirov ilə dostlaşır və 2000-ci ildə onunla birləşərək çeçenin dəstəyini qazanır.

Caniyev avtoritet Mirseymur Abdullayev tərəfindən “ad alır”. O, 2000-ci illərin əvvəllərində patraxt tərəvəz bazarlarına nəzarət uğrunda qəddar kriminal müharibə aparırdı. Lənkəranski elə o vaxt bütün aktivlərini Şeyx Həmzətin yardımı ilə Avropaya çıxaracağını düşünür. Qastamirovun yaxın çevrəsi onun haqqında mümkün qədər az adamın məlumatlanması üçün əlindən gələni edirdi, yəni onu kölgədə saxlayaraq qoruyurdular. Bu taktikanın əsas məqsədi çeçenin yığdığı kapitalın asan qazanc sevən daha güclü birinin əlinə keçməsinin qarşısını almaq idi.

Bu gün Çaşxo Teypinə aid olan Qastamirov, “Avropa ümumi kassası”nın nəzarətçisidir.

“Sputnik Azərbaycan”a İnterpolla əməkdaşlıq edən Rusiya FTX-nin nümayəndələrinin verdiyi məlumata görə, rusiyalı kriminal avtoritetlərin axtarışı işində Şeyx Həmzət yalnız “Avropa ümumi kassası”nın nəzarətçisi deyil, həm də Rusiya mafiyasının “Xaç atası” Zaxari Kalaşevin (Şakro Molodoy) işlərinə nəzarət edən kimi göstərilib. “Avropa ümumi kassası”nın nəzarətinin Şeyx Həmzətə həvalə ediləcəyini Şakro Ermənistanda “sxodka” zamanı bildirmişdi.

Şakronun Avropa təsərrüfatının çeçenin nəzarətinə verilməsi məcburiyyəti onun həbs olunması ilə əlaqədar meydana çıxdı. Məlumdur ki, Şakro bu ilin iyulunda saxlanılıb və Moskvanın “Elements” restoranının sahibindən pul tələb etməkdə ittiham edilib.

Şakronun təsərrüfatı elə də kiçik deyil, bura Avropada bukmekr idarələri, Las-Veqasda kazinolar, Belçikada almazların işlənməsi üçün zərgərlik evi, Rusiyanın iri neft şirkətində səhmlər paketi daxildir, həmçinin Şeyx Həmzət və Şakro Belçika zərgərlik evinin 50% səhmlərinə sahibdirlər.

Qafqazlının maliyyə gücü o qədər böyükdür ki, bu ilin avqustunda Şeyx Həmzətin ailə bayramında Hollivudun ulduzları Al Paçino və Robert De Niro, eləcə də məşhur futbolçu Zinəddin Zidan iştirak ediblər.

Kriminal dairələrə yaxın olan mənbə, öz növbəsində “Sputnik Azərbaycan”a daha öncə Rövşən Caniyevin həmsahib olduğu, indi isə tamamən “qanuni oğru” Qastamirovun nəzarətində olan alman və holland şirkətlərinin siyahısını təqdim edib. Bu siyahıya “Rainbow International B.V.”, “Staay Food Group Holding”, “Fruit Company B.V.” və “Sonnen Frucht GmbH”, həmçinin Rusiya, Belarus və Ukrayna bazarlarına məhsul tədarük edən topdansatış tərəvəz bazaları da daxildir.

İki il öncə Şeyx Həmzət və Rövşən Lənkəranski öz aktivlərini – Münhendə 83 milyon avroya olan “Hotel Sofitel Munich Bayerpost” hotelini almaqla genişləndiriblər. Maliyyə yatırımının on faizi Caniyev tərəfindən edilmişdi, amma bu gün bu hotel tamamən Qastamirovun nəzarəti altındadır.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bakıda ölən tanınmış iş adamının oğlu ilə bağlı yeni faktlar – FOTOLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: