Loading...
Loading...

Lənkəranski ilə Dağlıyevin Türkiyədəki davasının – Gizlinləri

 

İstanbulda öldürülən Rövşən Lənkəranskinin düşmənləri tək-tək məhv edilir.

24saat.org xəbər verir ki, bu günlərdə narkotiklə tutulan Taleh Dağlıyev adlı qanuni oğru “Şakro Molodoy” klanının üzvü olubmuş.

Kriminal aləmdə bir o qədər də tanınmayan Dağlıyevin Lənkəranski ilə münasibətləri yaxşı olmayıb.

Buna səbəb də Dağlıyevin “Şakro Molodoy” ləqəbli Zaxar Kalaşov adlı kürd əsilli məşhur avtoritetin qruplaşmasında təmsil olunması olub. Lənkəranskinin qətlindən sonra Kalaşovun dəstəsi darmadağın edilir.

“Ded Xasan” ləqəbli Aslan Usoyanın öldürülməsindən sonra bu klanın başına həmyerlisi “Şakro Molodoy” keçib. Kalaşovla Lənkəranski arasında tez-tez müxtəlif qarşıdurmalar yaşanıb.

Tərəflər bir-birinin adamları əzməyə çalışıb. “Ded Xasan”ın qətlində adı keçən Lənkərsanki ilə bağlı Kalaşovun hökmü olub.

Rövşənin qətlindən sonra isə “Molodoy”un komandası da sıradan çıxarılmağa başlanıb. İrəvanda bir dəstəsi döyülüb, Moskva və Ukraynada adamları yaxalanıb.

İndisə Rövşənlə toqquşması olan Dağlıyev həbs edilib. Lənkəranski ona qanuni oğru adı verilməsinə etiraz edənlərdən biri olub. Üstəlik, bu münaqişə Türkiyədə yaşanıb.

Qeyd edək ki, sentyabrın 26-da Moskvadakı “Naş dvor” restoranında “Tolik Noqinski” ləqəbli azərbaycanlı “vor zakon” Taleh Dağlıyev həbs olunub.

Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı Taleh Dağlıyevin üzərindən xalq arasında “spays” kimi tanınan narkotik tapılıb.

Taleh Dağlıyev Bakının Maştağa qəsəbəsindəndir, kriminal avtoritetlər sırasına yeni daxil olub. O, 2014-cü ildə Türkiyədə keçirilən “sxodka”da “vor zakon” titulu alıb, Taleh Dağlıyevə bu titulun verilməsinə “Lotu Quli” və digər nüfuzlu avtoritetlər səs veriblər.

O, indiyə qədər real həbs müddəti çəkməyib. Hərçənd ki, ötən il Moskvada və ondan əvvəl Ukraynada saxlanılmışdı. Moskva məhkəməsi onu şərti həbslə cəzalandırıb.

Cəza müddəti bu ilin yazında bitib. Həmin müddət ərzində Taleh Dağlıyev Azərbaycan, Belarus və Ukrayna paytaxtlarında olub, orada kriminal qruplaşmalar arasında koordinasiya yaradıb.

24saat.org

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Kəmaləddin Heydərov ekstravaqant villasına pulu kəsib – Özəl

Loading...
%d bloqqer bunu bəyənir: