Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
2

Lənkəranda ölən 7 yaşlı qızla bağlı açıqlama

Lənkəranda 7 yaşlı qızın ölümünün bəzi təfərrüatları məlum olub.

24saat.org  xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər 7 saylı orta məktəbin II sinif şagirdi Xədicə Ramin qızı Ağayevanın bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Məlumata görə, noyabrın 28-də dərsdə halı pisləşən qızın vəziyyəti barədə həmin tədris müəssisəsində çalışan anası Nərgiz Ağayevaya xəbər verilib.

Uşağın atası Ramin Ağayev də məktəbə gedib və azyaşlı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.

Həkimlərin müayinəsindən və ilkin tibbi yardımdan sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bir müddət sonra Xədicə Ağayevanın vəziyyəti yenidən pisləşib və orada keçinib.

Lənkəran MRX-dan verilən məlumata görə, Xədicə Ağayeva 7 aylıq doğulub. Körpəlikdən epilepsiya, şəkər, ağciyər ödümü, ensepolipatiya kimi xəstəliklərdən əziyyət çəkib.

Azyaşlı bu gün torpağa tapşırılıb.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Azərbaycanda saxta avro satışı ilə məşğul olan şəxslər saxlanılıb – FOTO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: