Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Lənkəranda maskalı şəxslər iş adamının ofisinə basqın ediblər

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 24-də Lənkəran şəhərində şirniyyat istehsalı ilə məşğul olan Rövşən Ağayevə məxsus ofisə açıq qalmış qapıdan girən 3 maskalı şəxs orada işləyən Azər Babayevin əllərini iplə bağlayıb onu və digər işçi Rəfail Əliyevi bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək oradakı seyfin açarını tələb edib.

Onlar istədiklərinə nail olmadıqlarından A.Babayevin baş nahiyəsinə xəsarət yetirərək R.Əliyevin köməkliyi ilə seyfi 1-ci mərtəbəyə düşürüblər, A.Babayev əllərini açıb səs-küy saldığı üçün seyfi orada qoyaraq hadisə yerini “Nissan” markalı avtomobildə tərk ediblər.

Lənkəran polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Məmmədov və Elnur Əsgərov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Hadisə zamanı istifadə edilmiş “Nissan” markalı avtomobil götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Şirvanda azyaşlını elektrik cərəyanı vuraraq öldürüb

%d bloqqer bunu bəyənir: