Loading...
Loading...

Lənkərana qanuni oğrular gəlib? – Polis şöbəsindən açıqlama

Avqustun 18-i İstanbulda silahlı hücuma məruz qalaraq dünyasını dəyişən Rövşən Lənkəranskinin dünən doğulduğu Lənkəran şəhərində 3 mərasimi keçirilib.

Bir sıra mətbu orqanlarda gedən məlumatda bildirilib ki, Lənkəranskinin 3 mərasimini oğru aləminin üzvləri ziyarət edib.
Moderator.az məsələ ilə əlaqədar Lənkaran Şəhəri Polis Şöbəsi ilə əlaqə saxlayıb.
Saytın sorğusunu şöbənin əmakdaşı, polis kapitanı Nurəliyev Güloğlan Sabir oğlu cavablandırıb. O, açıqlamasında bildirib ki, Rövşən Lənkəranski dəfn olunandan bu günə kimi Lənkarana heç bir cinayətkar şəxs gəlməyib:
“Hər şey tam olaraq nəzarətdədir. Ümumiyyətlə hər hansısa halla bağlı olsa belə cinayət törətmiş, axtarışda olan şəxs Lənkarana gəlsə, şübhəsiz ki, bu insan barədə qanuni tədbirlər görülər. Hazırda isə belə hal qeydə alınmayıb”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Əməkdar artist taksi sürücüsü işləyir

Loading...
%d bloqqer bunu bəyənir: