Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Lənkəran sakini: Rusiyada azərbaycanlılar üçün “yaxşı olmayacaq”

Rövşən Lənkəranskinin ölümündən sonra Rusiya bazarlarında işləyən azərbaycanlılar üçün də yaxşı olmayacaq, Lənkəran sakini BBC Azərbaycancaya müsahibəsində deyib.

“İndi onların da orda beli qırıldı. Onlara orda heç kim gözün üstündə qaşın var deyə bilməzdi. Nə polisi, nə qulduru, nə OMON-u, heç kim onlara qarışa bilməzdi. Bir dənə Lənkəranskinin adını verməklə”, şəhər sakini Rövşən Lənkəranskinin “adının çəkildiyi yerdə daha ikinci söhbət olmurdu” deyir.

İş adamı və “avtoritet” kimi tanınan Rövşən Lənkəranski (Canıyev) cümə axşamı günü İstanbulda qətlə yetirilib. BBC Azərbaycancaya bildirilib ki, hadisə Conrad Istanbul oteli qarşısında baş verib.

“Dəhşət idi”

Sakinlərin dediyinə görə Lənkəranskinin cənazəsi rayona Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimova məxsus təyyarə ilə gətirilib. Hava limanında onun cənazəsini “60-70 minə yaxın insan qarşılayıb”.

“Adam əlindən tərpənmək olmurdu. Aeroportun qabağında 6 sıra 200 metr uzunluğunda maşın düzülmüşdü. Bir saata yaxın orda tıxacda qalmışam”, sakin orda yaşanan mənzərəni təsvir edir.

Sakinin sözlərinə görə, Rövşən Lənkəranski Kiçik Bazar qəbiristanlığında, atasının yanında dəfn olunub. Dəfn mərasimində bir sıra rəsmilər, o cümlədən Mübariz Mənsimov da iştirak edib.

Lənkərandan olan qadın sakin “heç prezident olanda belə olmazdı, dəhşət idi, dəhşət” deyə dəfn mərasimini təsvir edir.

“Axşamdan heç kim yatmamışdı. Bütün qərənfillər səpmişdilər yollara. Cənazəsi bütün günü məsciddə saxlayıblar”, deyən qadın “onun yaxşılığı olmasaydı onun üçün heç kim yanmazdı, heç kim günün altında gedib onu dəfn etməzdi” deyə sözünü davam etdirir.

Qürur

Lənkəran sakini deyir ki, Rövşən Lənkəranski onların “qüruru” olub və onun Rusiyada idarə etdiyi bazarların aqibətinin necə olacağını bilmirlər.

“Oğlanlar var idi, ailəsini tamamilə götürüb gedirdi heç nəsiz. Demək olar ki, Lənkəranın kəndinin çox hissəsi indi orda yaşayır, biznesini qurub. Çətin onun kimi bir kimsə ola orda Rusiyada”, sakin baş vermiş qətl hadisəsindən təəssüf hissi keçirməsindən danışır.

Digər Lənkəran sakini deyir ki, mərhum Rusiyada lənkəranlılara iş qurmaqda, onları qorumaqda çox yaxşı kömək edirmiş. Buna görə də Lənkəranda hər kəs onun “hörmətini saxlayırdı”.

Rövşən Lənkəranskinin adı Rusiyanın ən nüfuzlu “qanuni oğrusu” hesab olunan Aslan Usoyanın ölümü ilə bağlı rəqib qrupların liderlərinin adları arasındahallandırılırdı.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Baloğlan Əşrəfov: “Lənkəranskinin mənə etdiklərini ölənə qədər unutmaram”

%d bloqqer bunu bəyənir: