Loading...
Loading...

Lənkəran MERO-da bazar qaydaları: yeni qiymətlər

Cənub bölgəsində sürücülük vəsiqəsi almaq istəyənlər rəisin maklerlərinə nə qədər ödəməlidirlər?

Son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, bəzi məmurlar rəhbərlik etdiyi qurumlarda hələ də bununla bağlı ciddi tədbirlər görmür. Belə qurumlardan biri də qanun pozuntularının tüğyan etdiyi Lənkəran RQİŞ-dir. Lənkəran MERO-sunda sürücülük vəsiqəsi verilmir, satılır. Uzun illərdir 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin rəisi işləyən Əlixan Zeynalov dövlət idarəsində sanki bazar mühiti yaradıb. Belə ki, cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalardan əldə edilən məlumata görə, Lənkəran Regional MERO-sunda sürücülük vəsiqəsinin qiyməti 900-1200 manat aralığında dəyişir.

Bu idarədə hökm sürən özbaşnalıqdan, qanunsuzluqdan əziyyət çəkən vətəndaşların saytımıza göndərikləri şikayətlərdə deyilir ki, maşınlarını texniki baxışdan keçirtmək üçün buraya gələnləri Əlixan Zeynalov əməlli-başlı peşiman edir. Belə ki, onlar şöbənin ərazisinə yox, birbaş Masallıya göndərilirlər və orada rəisin adamlarından ibarət olan xüsusi maklerlər vətəndaşlardan özlərinin müəyyən etdikləri «rüsumu» almamış sürücülərə sənəd-filan vermirlər. Bundan başqa, nömrə, sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə məbləğ alınır. Qeyd edilir ki, qanunu tələb edən sürücülər rəisin adamları tərəfindən təyziqlərə məruz qalırlar. Bildirək ki, mediada yazılan məlumtlara görə oğurluq maşınları qeydiyyatdan keçirtdiyinə görə Əlilxan Zeynalov hətta daxili işlər nazirindən töhmət də alıb. Sürücülük vəsiqəsini qanuni şəkildə ala bilmədikləri üçün maklerlərə müraciət edən vətəndaşın dediyinə görə, həmin dəllallar bildirirlər ki, bu pulun yalnız cüzi bir qismi onlara çatır, qalanını rəisə verirlər. «Görün bu adam necə böyük bir şəbəkə qurub ki, şikayətçi adamlara bu cür dərs vermək iqtidarındadır. Yalandan salırlar kompüterə, guya imtahan verirsən, amma pulunu verməsən, bütün suallara yüz faiz düzgün cavablar yazsan belə keçə bilməyəcəksən. Buna görə də kompüterlə imtahan da boş şeydir, sadəcə oyun, görüntüdür. Necə deyərlər, pulunu ver, musiqini sifariş et. Lənkəran MERO-sunda real vəziyyət belədir.
Digər məlumatlarad isə bildirilir ki, Lənkaran MERO-da qeydiyyat-imtahan və texniki baxış şöbəsi sözün bazara çevrilib. Həmin işləri isə Əlixan Zeynalov ən yaxın işçilərinin əli ilə həyata keçirir. Belə ki, MERO rəisi son aylar biznesinin çiçəkləndirmək üçün “açıq qapı” sistemi elan edib. Yerli camaat Əlixan Zeynalov istənilən şəxsə nəyinsə qarşılığında sürücülük vəsiqəsi verdiyi üçün onun əməllərinə “açıq qapı” sistemi deyirlər. Yəni pulu olan hər bir vətəndaş Lənkəran Qeydiyyat-İmtahan Şöbəsindən sürücü vəsiqəsi əldə edə bilər. Lənkəran sakinləri iddia edirlər ki. hazırda qeydiyyat-imtahan və texniki baxış şöbəsinin B kateqoriyası üzrə sürücülük vəsiqəsi 850-950, BC kateqoriyası üzrə sürücülük vəsiqələri isə 1000-1200 manatdır. «E kateqoriyasını əldə etmək isə həm çətin, həm də bir qədər baha başa gəlir». Görünür Əlixan Zeynalovun prezidentin, qanunları pozan, camaatı incidən məmurları tənqid etdiyi çıxışından xəbəri yoxdur. Bundan başqa Əlixan Zeynalovun daha böyük vəzifəyə getmək istədiyini və onun əsas göz dikdiyi yerlərdən biri isə Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimovun kresolus olduğu deyilir. Bu məsələ ilə bağlı yaxın günlərdə oxucularımıza məlumat verəcəyik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

cumhuriyyet.az

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Güclü leysan Hacıqabulun 60 hektardan çox ərazisini su altında qoydu

Loading...
%d bloqqer bunu bəyənir: