Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ləğv olunan lisenziyar Azərbaycana qaytarılacaqmı?

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir.

Federasiyadan “Report”a verilən məlumata görə, buna səbəb Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) azərbaycanlı idmançıların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları lisenziyalarından məhrum edilməsi barədə qərarıdır.

Federasiya bununla bağlı beynəlxalq hüquq şirkətlərinə müraciət etməyi düşünür.

Qeyd edək ki, bir müddət öncə IWF Azərbaycan ağırlıqqaldıranlarının dopinq testlərinin müsbət nəticələnməsi səbəbindən ölkənin bu idman növü üzrə lisenziyalarını ləğv edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Neymar Messi və Ronaldunu geridə qoydu

%d bloqqer bunu bəyənir: