Now Reading:
Lənkəranski ilə maşında güllələnən azərbaycanlının kimliyi məlum oldu
Full Article 40 second read

Lənkəranski ilə maşında güllələnən azərbaycanlının kimliyi məlum oldu



İstanbulda avqustun 18-də, Beşiktaş səmtində güllələnən azərbaycanlı kriminal avtoritet, “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Canıyevlə birlikdə iki nəfər də olub. Onlardan biri Türkiyə vətəndaşı, ilk olaraq iş adamı kimi mətbuatda təqdim olunan və R.Lənkəranskini xəstəxanaya yola salan Tahir Can olduğu məlum oldu. Lakin 3-cü şəxsin kimliyi gizli qaldı.

Criminal.az saytı Lənkəranski ilə güllələnən və hazırda yaralı olan şəxsin kimliyini araşdırıb. Mənbənin verdiyi məlumata görə, həmin şəxs Mais Axundovdur. Uzun illər Ukraynada yaşayan M.Axundov R.Lənkəranskinin qohumudur. Eyni zamanda Lənkəranskinin mühafizəçisi işləyirdi.

M.Axundov R.Lənkəranskiyə silahlı hücum zamanı avtomobildə olub və bir neçə güllə yarası alıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan M.Axundov hazırda müalicə olunur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: