Loading...

Lənkərandakı yanğın barədə rəsmi AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi Lənkəranda Böyük Bazarda baş verən yanğınla bağlı açıqlama verib.

Loading...

Nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib ki, bazarda 1 çayxana və 1 dükan yanıb:

 

“ Lənkəran şəhərində mərkəzi bazarın ərazisində ümumi sahəsi 250 m2 olan, bir-birinə bitişik tikilmiş çayxananın yanar konstruksiyaları 55 m2 sahədə və telefon satışı mağazasının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Yanğın səhər saat 07:25-də baş verib.

Hadisə yerinə cəlb olunmuş əməkdaşlarımız tərəfindən yanğın söndürülüb”.

O. Bayramov yanğın zamanı xəsarət alanın olmadığını qeyd edib.

Loading...

Rusiyanın ən titullu “vor zakon”u və onun azərbaycanlı cangüdəni həbs edildi -FOTO

Sonrakı Yazı »

Ana 15 yaşlı qızını boğaraq öldürdü -DƏHŞƏT

%d bloqqer bunu bəyənir: