24 saat

Lənkəran sakinindən məmur zülmünə etiraz – VİDEO


Lənkəran şəhər sakini, Xiyabani – 157, mənzil 8-də yaşayan təqaüdçü Nazim Məmmədov ölkə başçısı İlham Əliyevə müraciət edib.

O, yerli məmurların özbaşınalığından şikayətçidir. Nazim Məmmədov deyir ki, Lənkəran “Su Tikinti İdarəsi”nin müdiri Həsənağa Ələkbərovun dövlət əmlakını mənimsəməsi və vergidən yayınmasıla bağlı ölkə başçısına müraciət etdikdən sonra Ələkbərov tərəfindən məhkəməyə verilib.

Onun sözlərinə görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Lənkəran Şəhər Məhkəməsinin sədri Elçin Kazımov da Həsənağa Əkbərovu himayə edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: