Now Reading:
Ləman Ələşrəfqızı ANS-dən getdi?
Full Article 50 second read

Ləman Ələşrəfqızı ANS-dən getdi?



Əməkdar jurnalist, ANS-in tanınmış simalarından olan Ləman Ələşrəfqızının iş yerindən ayrılması xəbəri yayılıb. Ölkə.az-ın məlumatına görə, buna səbəb Ələşrəfqızının son statusu olub:

“20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!”.

Xatırladaq ki, son günlərdə ANS-i Kəmalə Əlisgəndərqızı və Natiq Nailəoğlu tərk edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: