Now Reading:
Lələtəpədə yaralanan gizirdən – Ürəkdağlayan Müraciət
Full Article 50 second read

Lələtəpədə yaralanan gizirdən – Ürəkdağlayan Müraciət



Beyləqan rayonunun Əmir Zeyidli kəndində yaşayan F. Quliyev deyib ki, hazırda əmək qabiliyyətini itirdiyi üçün ailəsinə baxa bilmir: “27 yaşım var və aprel ayının 2-də Füzulidə, Lələ təpədə gedən döyüşlərdə yaralanmışam. Yaram hələ tam sağalmayıb, ayağımda aparat qoyulub, hospitalda müalicə olunuram. Başımdan, ayağımdan və ağzımdan qəlpə yarası almışam”. 3 azyaşlı uşaq atası olan F. Quliyev deyir ki, sosial vəziyyəti çox ağırdır və yaşadığı çiy kərpicdən tikilmiş ev qəza vəziyyətindədir: “Dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişəm, ancaq kömək edən yoxdur”. Gizir F. Quliyev müalicəsindən razı olsa da, evinin uçmaq ehtimalı olduğu üçün ailəsindən nigarandır: “Müalicəmlə bağlı bir problemim yoxdur, ancaq 3 övlad atasıyam. Hazırda hospitalda müalicə aldığı üçün onlara baxan yoxdur. Evimiz də yararsız vəziyyətdədir, hər an uça bilər. Əmək qabiliyyətimi itirmişəm, uşaqların təhlükəsizliyi üçün heç nə edə bilmirəm”. Gizir aidiyyatlı dövlət qurumlarına müraciət edərək uşaqlarının yaşayış şəraitinin normallaşması üçün yardım istəyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: