Loading...
Loading...

Kurt Tong Azərbaycana gəlir

D6B59987-0565-4255-B1D8-FA85CF9AB0E4_w640_r1_cx0_cy7_cw21_sABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tong aprelin 14-də Azərbaycana gələcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, K.Tong səfər çərçivəsində hökuməti rəsmiləri və biznes nümayəndələri ilə görüşəcək.

Onun həmçinin, azərbaycanlı tələbələrlə də görüşəcəyi, ölkədəki iqtisadi vəziyyət, islahatlar və iqtisadiyyatın diversifikasiyası sahəsində aparılan işlərlə tanış olacağı da gözlənilir.

K.Tong habelə ABŞ-ın Azərbaycanın iqtisadi inkişafına dəstəyinin təkmilləşdirilməsi imkanlarını da müzakirə edəcək.

Səfər aprelin 15-də başa çatacaq.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Saxta vətənpərvərlərin səsi niyə batıb?

%d bloqqer bunu bəyənir: