Loading...
Loading...

Kürdəxanı təcridxanasında intihara cəhd

Telman Bayramov adlı şəxs haqsız yerə həbs olunduğuna görə özünü öldürmək istəyib

1 saylı Bakı Təcridxanasında saxlanılan Bayramov Telman Qulfan oğlu bir aydır ki, aclıq aksiyası keçirir. Bu barədə redaksiyamıza məlumatı Telman Bayramovun vəkili Bəhruz Bayramov verib.

Vəkilin sözlərinə görə, Telman Bayramov uzun müddət həbs həyatı yaşayıb. Bu ilin mart ayında azadlığa çıxıb və normal həyata qayıdıb: “Telmanın anası, qardaşı xəstədir. Bu baxımdan o, bir daha həbsxanaya düşməmək üçün normal həyat yaşamağa başlayıb. Lakin bu ilin aprelin 26-da Qafqaz adlı sahə müvəkkili onu müəyyən sənədlərə imza atmaq üçün yanına çağırıb. Telman ora gedəndə onu həbs ediblər. Guya üzərindən 101 qram narkotik vasitə çıxıb. Telmana işgəncələr versələr də, o, ittihamı qəbul etməyib. Barəsində həbs-qətimkan tədbiri seçərək 1 saylı Bakı Istintaq Təcridxanasında göndəriblər. Telman burada özünə qəsd etmək istəyib. Lakin təcridxana əməkdaşlarının səyi nəticəsində intiharın qarşısı alınıb. Lakin o özünü öldürəcəyini deyir. Həbsxana rəhbərliyi onunla söhbətlər aparsa da, fikrindən daşındıra bilmir. 1 aydan artıqdır ki, haqsız yerə həbs olunduğuna görə aclıq aksiyası keçirir”.

Vəkilin sözlərinə görə, Telman Bayramov intihara cəhd etdikdən sonra Ombudsmanın əməkdaşları onunla görüşüblər: “Onun vəziyyətindən xəbərləri var. Qeyd edim ki, Telman Bayramovla bağlı qondarma cinayət işinin istintaqı Yasamal Rayon Polis Idarəsində aparılır”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Saday Şəkərli ilə bağlı onlarla müraciətin cavablandırılmaması biabırçılıqdır”

%d bloqqer bunu bəyənir: