Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kürdəmirdə ağır qəza: 2 ölü, 3 yaralı

Fövqəladə Hallar Nazirliyi Kürdəmir rayonu, Xırdapay kəndində baş verən ağır yol qəzası barədə məlumat yayıb.

24saat.org nazirliyə istinadən xəbər verir ki, bu gün “KİA” markalı minik avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində iki nəfər ölüb. Qəzada “KİA” markalı avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Ələkbərov Əli Əsəd oğlu və 1983-cü il təvəllüdlü Salahova Leyla Yunus qızı ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər, 2 nəfər sərnişin xəsarət alıb.
“VAZ” markalı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəsədlər və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Rövşən Lənkəranskinin qruplaşmasına basqın, 30 nəfər saxlanıldı

%d bloqqer bunu bəyənir: