Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Kül qoyum sizin boş başınıza” – FOTO

Bir neçə gün öncə itkin düşməsiylə gündəmə gələn müğənni Afət Fərmanqızı yenidən diqqət mərkəzinə düşüb. Amma bu dəfə sosial şəbəkədə izləyicilərini təhqir etməklə.

Ölkə.Az-ın məlumatına görə, sənətçi klip çəkilişindən olan bir fotonu paylaşıb. Könül adlı istifadəçi “kimdi bunun stilisti” yazaraq, Fərmanqızına kinayə edib. Şiraz Əliyev adlı izləyici isə onu xalq artisti Nazpəri Dostəliyevaya oxşadıb. Cəmilə İsrafilovanın paylaşıma qoyduğu gülüş işarələri (smaylik) isə təhqirlə nəticələnib:

“Bu geyimdəki ağ şalvar məşhur italyan brendi “Viktor@Rolf”du. Qiymətini də bilənlər bilir. O birinə də başa sal ki, lağ etməli durum yoxdur. Özünüz başdan ayağa lağsınız. Mənim ayağımın bildiyini sizin başınız bilmir. Bu “Kara sevda” serialında Nihanın geyimidir.

Xoşuma gəldi və qərara gəldik ki, klipdə geyinim. Kül qoyum sizin boş başınıza. Səhərdən axşama hamının profilində lağ etməklə məşğulsunuz. Sahibiniz yoxdur ki, sizi ayağına bağlasın? Təhsil və dünya görüşüm nəyi harda geyinməyə imkan verir. Buna bir misal-620 balla universitetə qəbul olunan ağıllı balam. Bu qədər bəs etdi məncə”.

Xatırladaq ki, son günlər sənətçilərin sosial şəbəkədə izləyicilərini təhqir etməsi “dəb” halını alıb. Sonuncu belə hadisə müğənni Vasif Məhərrəmlinin “Srefano Riççi” söhbəti olmuşdu.

 

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Nazir gəlini bulvarda – Foto

%d bloqqer bunu bəyənir: