Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
1476474625.jpg

KTMT baş katibi seçə bilmədi: Liderlər İrəvanı tərk etdi – Video

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələ liderləri İrəvanı tərk ediblər. 
Axar.az xəbər verir ki, bununla da İrəvanda keçirilən KTMT-nin iclası başa çatıb.
İclasın gündəmində yer alan 20 məsələ çərçivəsində beynəlxalq vəziyyət və kollektiv təhlükəsizliyin təmin edilməsində aktual məsələlər müzakirə edilib. 2025-ci ilə qədər KTMT kollektiv təhlükəsizlik strategiyası, KTMT Böhrana Müdaxilə Mərkəzinin yaradılmasına dair qərar layihələri gündəmə gətirilib. Böhrana Müdaxilə Mərkəzinin yaradılması, hərbi əməkdaşıq, birgə hazırlıq konsepsiyası, hərbi texnikanın standartlaşdırılması haqqında qərar qəbul olunub.
Beynəlxalq terrorizmlə bağlı sənədlər imzalanıb. Həmçinin KTMT-nin birgə qərargah fəaliyyətini tənzimləyən hökmlərə dair qərar çıxarılıb.
Sonda KTMT liderləri təşkilatın baş katibinin müəyyən edilməsi məsələsini isə ilin sonunadək təxirə salıblar.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Google və Facebook dəniz altında kabel döşəyir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: