Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kremldə Brexit-i SSRİ-nin dağılması ilə müqayisə etdilər

Kremldə hesab edirlər ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması haqqında qərarından (Brexit) sonra İttifaq üçün qızğın dövr başlayır.

Virtualaz.org bildirir ki, məlumatı İTAR-TASS agentliyi yayıb.

Məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, bununla belə, mövcud vəziyyətdə SSRİ-nin dağılması ilə onun müqayisəsini aparmaq olmaz.

“Çoxları Sovet İttifaqının dağılması dövrünü xatırlayır. O, qeyri-müəyyənlik dövrü idi. Əlbəttə, birbaşa paralellik aparmaq düşüncəsizlik olardı, amma göz önündə müəyyən qədər qızğın, anlaşılmayan və gözlənilməz dövr dururdu və biz bilirik ki, müxtəlif dövlətlərin tarixində belə dövrlərə rast gəlmək mümkündür”, – deyə Peskov vurğulayıb.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Atatürk Havalımanında partlayışdan FOTOLAR: 10 ölü, 50 yaralı

%d bloqqer bunu bəyənir: