Kremldən “Rusiya çevriliş barədə Ərdoğana xəbər edib” iddiasına REAKSİYA


Kreml Rusiyanın Türkiyəni dövlət çevrilişi barədə xəbərdar etməsi məsələsinə münasibət bildirib.

24saat.orgun xəbərinə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb.

 

Məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-də Rusiyanın Türkiyəni dövlət çevrilişi barədə xəbərdar etməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

 

Peskov belə bir məlumatın olmadığını və yayılan xəbərlərin tamamilə yalan olduğunu açıqlayıb:

 

“Belə xəbərləri yayan agentliyin hansı mənbələrə istinad etdiyini bilmirəm”

 

Xatırladaq ki, İranın “Fars” agentliyi Rusiyanın dövlət çevrilişi barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq etdiyini iddia edib.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Rusiya üçün şok qərar – YEKUN QƏRAR

%d bloqqer bunu bəyənir: