Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
102093

Kreml Bakıya qarşı şərtini yumşaldır – Azərbaycana reverans

Rusiya prezidenti Vladimir Putinin uzaq Hindistandan verdiyi son Qarabağ açıqlaması diqqət mərkəzindədir. Rusiya lideri deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan sammitində ümumi şəkildə Dağlıq Qarabağ mövzusuna da toxunulub – o kontekstdə ki, “problemin həli üçün qarşılıqlı güzəştlər olmalıdır”.

Əslində yeni şey deyil. Rəsmi Moskva həmişə bu mövqedən çıxış edib ki, konfliktlə bağlı həll variantını münaqişə tərəfləri özləri tapmalıdır, Rusiya isə bu anlaşmanın qarantı olmağa hazırdır. Prezident Putin Bakıya son səfəri öncəsi bəyan etmişdi ki, bu, elə həll olmalıdır ki, nə Azərbaycan, nə də Ermənistan özünü məğlub kimi hiss eləməsin.

Rusiyanın ənənəvi Qarabağ siyasəti bu xüsusda bəlli. Ancaq məsələ ondadır ki, regionda, o sırada Dağlıq Qarabağ ətrafında vəziyyət olduğu kimi qalmır, dəyişir. Bu da istər-istəməz şimal qonşumuzu Güney Qafqaza yönəlik siyasətə təcili korrektələr etmək zorunda qoyur. Belə demək mümkünsə, korrektə-düzəlişlərin vaxtı çatıb. Ən azı ona görə ki, forpost Ermənistanın qonşuluğunda – Gürcüstanda ABŞ, NATO möhkəmlənməkdə davam edir.

b040804a 8 April 2004 2nd Meeting of the Military Committee in Permanent Session in 2004 Overview view of the meeting in session.

b040804a
8 April 2004
2nd Meeting of the Military Committee in Permanent Session in 2004
Overview view of the meeting in session.

***
Yeri gəlmişkən, bu arada ABŞ-ın Azərbaycanın qərb qonşusu Gürcüstanda hərbi baza hazırlığına başlaması haqda məlumat yayılıb. Virtualaz.org xəbər verir ki, Pentaqon bu ölkədə hərbi iştirakını genişləndirməyi planlaşdırır və eyni məqsədlə artıq tender də elan edib. Məlumata görə, ABŞ ordusunun mühəndis korpusu Gürcüstan ərazisində və “Cənubi Qafqazın digər yaxın regionlarında” Pentaqonun maraqları çərçivəsində infrastrukturun yaradılması üçün fərdi podratçıların cəlb edilməsi üçün biznes-planının hazırlanmasını sifariş verib.
42d30d28-b48b-4587-9de5-b16c953a7a75_w987_r1_s

Hazırda Gürcüstan ərazisində ABŞ-ın hərbi obyekti yoxdur. Lakin bəllidir ki, Gürcüstan Müdafiə Nazirliyi NATO ilə birlikdə bu yaxınlarda yeni təlim mərkəzi istifadəyə verib. Gürcüstan Cənubi Qafqazda NATO və ABŞ-la ən sıx hərbi tərəfdaşlıq edən ölkədir və alyansa üzvlük üçün lazım olan tələbləri böyük ölçüdə yerinə yetirib. Bundan əlavə, ABŞ ötən il onu özünün NATO-dan kənar müttəfiqi elan edib.

Onu da yada salaq ki, Gürcüstanda ABŞ hərbi bazasının yerləşdirilməsi ideyası Pentaqonda hələ 2009-cu ildə mövcud olub. ABŞ administrasiyası Rusiyanın aqressiv reaksiyasından ehtiyat edərək planı təxirə salmışdı. İndi isə belə görünür, ABŞ təkcə qonşu ölkədə deyil, xəbərdə qeyd olunduğu kimi, “Cənubi Qafqazın digər yaxın regionlarında” da baza yaratmağı hədəf götürüb.

***
Bu gəlişmələr təbii ki, ABŞ-Rusiya münasibətlərinin xeyli kəskinləşməsi fonunda baş verməsi ilə ikiqat diqqət çəkir. Demək, Kremlin öz “həyati maraqlar” zonası elan elədiyi Cənubi Qafqazda hər hansı hərbi-siyasi blokun üzvü olmayan Azərbaycanın, hətta Ermənistanla həmsərhəd Türkiyənin Rusiya üçün önəmi artıb. Putinin son İstanbul səfəri də əslində daha çox bu önəm fonunda keçib.
big_1468497635_cav
Səfərdən dərhal sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun “5 rayon”la bağlı anlaşma əldə olunması haqda məlum açıqlaması, onun ardınca rusiyalı həmkarı Sergey Lavrovun məhz İrəvanda qardaş Türkiyənin Qarabağ məsələsinin həllində mühüm rolunu vurğulaması, bizcə, təsadüfi sayıla bilməz.

Bu bəyanatların ardından Putinin Hindistandan verdiyi Qarabağ açıqlamasında isə belə bir maraqlı fikir də yer alıb. Kreml başçısı deyib: “Bizim üçün hətta vacib deyil ki, postsovet ölkəsi KTMT-yə daxildir, ya yox. Önəmlisi odur ki, bizim bütün bu ölkələrlə dəqiq, tarixən formalaşmış əlaqələrimiz var. Biz bunu nəzərə almaya bilmərik”.

407310629

KTMT-yə daxil olmayan dövlət dedikdə isə, təbii ki, ən əvvəl Azərbaycan yada düşür – hansı ki, Rusiya və Ermənistanın maraqları baxımından ən həssas ölkədir. Və göründüyü kimi, KTMT-nin İrəvan sammitində Moskva, hər halda, Azərbaycanın həssasiyyətini, maraqlarını ciddiyə alası oldu.

Fakt budur və erməni analitikləri də təsdiqləyir ki, rəsmi İrəvanın KTMT toplantısı ilə bağlı əsas gözləntiləri fiasko olub: nə “Rus NATO-su”na erməninin baş katib gətirilməsi reallaşıb, nə də Ermənistan, ümumiyyətlə, bu sammit hesabına Qarabağ və təhlükəsizlik məsələləri ilə bağlı hansısa əlavə divident əldə edə bilib – Rusiya, Qazaxıstan, Belarus qoymayıb.

***

Sammitdən sonra isə Putin bəyan edir ki, Azərbaycanın KTMT-yə girməsinə lüzum da yoxdur. Yəni yetər ki, o, Qərbin hərbi strukturlarından uzaq dursun. Bu, həm də bir mesajdır ki, Kreml Bakıya qarşı Avrasiya şərtini yumşaldır. Demək, Qarabağ şərti də yumşala bilər. Bəs yumşalmanın səbəbi nədir?

İstisna deyil ki, Rusiya KTMT, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı kimi qurumların perspektivsizliyini artıq anlamağa başlayıb və bu üzdən o, regional formatlara üstünlük vermək niyyətindədir. Söhbət öncəliklə Azərbaycan-Rusiya-Türkiyə üçlü formatından gedir – hansı format barədə ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hələ Sank-Peterburq səfəri zamanı anons vermişdi və İstanbulda Ərdoğan-Putin-Əliyev üçlüyünün bir araya gəlməsi ilə yeni impuls qazandı.

Çavuşoğlu və Lavrovun məlum açıqlamaları ilə bu yöndə ümidlər daha da artmış kimidir. Əslində Dağlıq Qarabağ probleminin ən optimal və fəsadsız həlli bu üçlü formatda gerçəkləşə bilər. Yetər ki, Moskvanın siyasi iradəsi olsun. O halda Ermənistanın burcutmaq üçün şansı qalmayacaq. Siyasi müşahidəçilərdə də bununla bağlı nikbinlik artıb.

***
“Türkiyənin Rusiya ilə yaxınlaşması regionda xeyli sabitləşdirici rol oynamağa başlayıb və Ankaranın Qarabağla bağlı cəhdləri öz bəhrəsini verir”. Sabiq dövlət müşaviri Qabil Hüseynli bunu axar.az-a söyləyib. Onun fikrincə, hazırkı situasiya məhz Ərdoğanın Peterburqda Dağlıq Qarabağa dair status-kvonu dəyişdirən təkliflər verməsindən qaynaqlanır.
7179-1
“Zənnimcə, bu təkliflər Putin tərəfindən bəyənilib və ona görə də 5 rayon məsələsi yenidən gündəmə gəlib. Moskva bu məsələni müəyyən qədər təxirə salmağa çalışsa da, Ankaranın dövriyyəyə girməsi prosesi aktuallaşdırıb. Artıq ikinci dəfədir ki, Türkiyə siyasi rəhbərliyi tərəfindən Rusiya ilə müzakirə edilən bu məsələ kifayət qədər səlahiyyətli şəxslərin dilindən bəyan edilir. Görünür, bəyanatın təsiri KTMT-nin İrəvan toplantısında müsbət rezonans verib ki, Qarabağ məsələsinin həllinə dair pozitiv fikirlər səsləndirilib. Toplantının yekun sənədində Qarabağa dair bəyanatın öz əksini tapması kifayət qədər mühüm faktdır və bütün tərəflər, ilk növbədə də Rusiya və Ermənistan buna sadiq qalsalar, problemi qısa müddətdə həll etmək mümkün ola bilər” – politoloq deyib.

Ekspert Lavrovun münaqişənin həllində Türkiyənin pozitiv rol oynaya biləcəyini vurğulamasına da diqqət yönəldib: “Bu, o deməkdir ki, Azərbaycan Türkiyədən lazımi siyasi dəstəyi alır və Türkiyə bölgədə sabitliyin təmin edilməsində olduqca maraqlıdır… Rusiya-Türkiyə münasibətləri getdikcə dərinləşəcək və bu inkişaf NATO-nun qısqanclığı fonunda davam edəcək. Türkiyə heç vaxt Qarabağla bağlı mövqeyindən imtina edən deyil və Ankara bu məsələdə Moskvaya lazımi təlqinləri göstərəcək. Azərbaycandan müəyyən kompromislər tələb olunmasına baxmayaraq, bir ortaq yol tapılaraq məsələnin həllində yavaş-yavaş da olsa, irəliləmək mümkün olacaq”.(musavat.com)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Müxalifət Qarabağ mitinqinə hazırdır, amma…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: