Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kreml Ərdoğanın əməkdaşlıq təklifinə cavab verdi: “Ankara hələ də üzr istəməyib”

putin-erdoqan“Türkiyə prezidentinin əməkdaşlığın vacibliyi barədə bəyanatı Kremldə əlaqələri yaxşılaşdırmağa cəhd kimi qiymətləndirilməyib”.

Lenta.ru-nun verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O qeyd edib ki, rəsmi Ankara hələ də Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması və rusiyalı pilotun ölümünə görə üzr istəməyib: “Yalnız bir şey deyə bilərəm ki, Rusiya tərəfi bunu Ankaradan gözləyirdi. Bu istiqamətdə hələ heç bir işarə vurulmayıb. Yalnız deyə bilərik ki, bu, təəssüf doğurur”.

Kremlin nümayəndəsi onu da əlavə edib ki, Türkiyədə rusiyalı pilotun öldürülməsində təqsirli bilinən şəxsin saxlanılmasından sonra ona qarşı hansı cinayət işinin başlanılacağı hələlik məlum deyil.(APA)

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Parisdə partlayış – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: