Advertisements
24 saat

Kreml Əliyev, Putin və Ruhaninin görüşəcəyini təsdiqlədi


Kremldə Rusiya, İran və Azərbaycan liderlərinin ilin 2-ci yarısında Bakıda görüşünə hazırlıq aparıldığını təsdiqləyiblər.

RİA Novosti xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bəli, belə görüşə hazırlıq gedir və keçirilmə vaxtı tam razılaşdırılıb təsdiq olunduqdan sonra biz məlumat verəcəyik”, – deyə Peskov qeyd edib.

Qeyd edək ki, bundan əvvəl KİV yaxın vaxtlarda Bakıda prezidentlər İlham Əliyev, Həsən Ruhani və Vladimir Putinin görüşəcəyi barədə məlumat yaymışdı.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: