Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Kreditlə Həcc ziyarəti günahdır”

Eldəniz Quliyev: “Bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi bilməmiş deyil…”

Qafqaz Müsəlmanları İdarəsi imkansız şəxslərə Həcc ziyarətində kredit vasitəsi ilə iştirak etməyi təklif edib. Belə ki, Həcc ziyarəti üçün gərəkli olan vəsaiti tapmaqda çətinlik çəkən şəxslər bu ziyarətin xərcini hissə-hissə, mərhələli şəkildə ödəyə bilərlər.
Maraqlıdır, kreditlə Həcc ziyarətinə getmək dini-mənəvi baxımdan qəbulediləndirmi? Bundan başqa, artıq Həcc ziyarətinin də kreditləşməsi ölkə əhalisinin ağır sosial vəziyyətinin daha bir göstəricisi hesab oluna bilərmi?
Bununla bağlı 24saat.org-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bu şərtlərlə həyata keçirilən ziyarətin günah sayıldığını vurğuladı:
“Kreditləşmə ilə Həcc ziyarəti, öz-özlüyündə, artıq günah saylmalıdır. Və bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi bilməmiş deyil. Ölkə vətəndaşlarının acınacaqlı sosial-maddi durumda olduqları göz önündədir. Ancaq bütün bu məhrumiyyətlərə baxmayaraq, insanlarımız yenə də üzərlərinə düşən vacib dini əməlləri yerinə yetirməyə cəhd edirlər. Bu, bir tərəfdən təqdir olunmalı, digər tərəfdən isə qınanmalıdır. Axı Həcc ziyarətinin mütləq şərtləri var: onlardan biri də budur ki, hər -hansı inanc sahibi ziyarətə gedərkən evini, onun yaşayışını təmin etməli, kimsəni sıxıntı içərisində qoymadan səfərə çıxmalıdır. Əks-təqdirdə ziyarət qəbul olunmamış sayılır…”

Seymur Əliyev

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ağcabədi təhsilində Zeynalov kabusu – Faktlar

%d bloqqer bunu bəyənir: