Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Kraskalanan heykəl” olayı göstərdi ki, qadağalar etirazların qarşısını ala bilmir”

 

Mehman Əliyev: “Demokratik islahatlar keçirilməsə, etirazlar kütləviləşəcək”

“Turan” İnformasiya Agentliyinin qəhbəri Mehman Əliyev 24saat.org-a açıqlamasında demokratik islahatların keçirilməsinin vacibliyi ilə bağlı maraqlı fikirlər səsləndirib. M.Əliyevin sözlərinə görə, son vaxtlar ölkədə fərdi formada baş qaldıran etirazların təhlili göstərir ki, cəmiyyətdə kifayət qədər narazılıq var və əgər lazımi addımlar atılmasa, bu narazılıq kütləviləşəcək:

“Baş verən proseslərin təhlili göstərir ki, həbslər, təzyiqlər, qadağalar demokratik meyl və etirazların qarşısını ala bilmir. Bunu heykəlin “kraskalanması” ilə bağlı son proses bir daha göstərdi. Bu hadisəyə qədər də həbslərin, basqıların olmasına baxmayaraq, bu olayın meydana çıxması qadağaların bu məsələdə effektsiz olduğunu sübut etdi. Əgər demokratik islahatlar keçirilməzsə, hakimiyyət demokratik cəmiyyətin qurulması istiqamətində lazımi addımlar atmazsa, o zaman etirazlar kütləviləşəcək. Bundan qaçmaq mümkün olmayacaq”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Azərenerji”nin büdcəyə ödəmədiyinə nələr etmək olmazdı?

%d bloqqer bunu bəyənir: