Loading...
Loading...

Kral Səud Universitetinin professoru Ramzan Kadırovun öldürülməsinə çağırdı

24saat.org saytı xəbər verir ki, Səudiyyəli illahiyyatçı, Ər-Riyad şəhərindəki kral Səud Universitetinin professoru Məhəmməd ben Abdelrəhman əl Arifi bu il avqust ayının sonlarında keçirilən, Çeçenistanın birinci qanuni prezidenti, vəhhabi ideologiyasına qarşı mübarizə aparan Əhməd Kadırovun xatirəsinə həsr olunmuş “Sünniliyin ardıcılları kimlərdir” adlı Ümumdünya islam konfransını kəskin tənqid atəşinə tutub.

Qətərin Əl-Jəzirə informasiya agentliyinin saytı xəbər verir ki, Arifi özünün tvitter mikrobloqunda vəhhabilərin, “Müsəlman Qardaşlar”, “Hizbut Təhrir” və İŞİD-in ideologiyasını pisləyən Qroznı konfransının nəticələrini pisləyib. Əl-Cəzirənin xəbərinə görə səudiyyəli illahiyyatçı  Çeçenistanın başçısı Ramzan Kadırovu “kafir” (qeyri-müsəlman), Kadırovun qanını isə “halal” elan edib. Yəni Arifi özünün ardıcılları olan sələfilərə elan edib ki, onların Kadırovu öldürmək haqqı var, çünki o “islamın düşmənidir”.

EADaily  xatırladır ki, Rusiyanın, demək olar ki, bütün müsəlman liderlərini və dünyanın bir çox ölkələrindən sünni illahiyyatçılarını toplayan Qroznı illahiyyat konfransında islamın sünnü cərəyanlarının hansının düzgün, hansının isə yanlış olması barədə fətva (“Qroznı fətvası” adlanır) qəbul edilib. “Qroznı fətvasına” əsasən sünnü islamının ardıcılları dörd ənənəvi məzhəbə: hənifəlik, malikilik, şəfilik və hənbəllik – qulluq edənlər əsl müsəlmanlar hesab edilirlər. “İhsan (səcdə ənənəsi – EADaily) əsasında sünnülər o kəslər hesab olunur ki, onlar böyük ustadlar, ilk növbədə sufi imamları Əbu əl-Qasım Əl-Cüneydi bin Məhəmməd əl-Bağdadi, Əbdül-Qadir əl-Cilyani, Məhəmməd havadci bahauddin an-Nəqşbəndi və onlar kimi əsl ustadların göstərdiyi mənəvi özünütəkminləşdirmə yolu ilə gedənlərdir – “Qroznı fətvasında” deyilir – Bizim dində olan yolumuz – Peyğəmbərin (s.ə.s.) səhabələrindən miras qalmış, nəsildən nəsilə keçməklə bizə qədər gəlib çıxmış yoldur və bu günə qədər də islam dünyasının əsas hissəsi həmin yolla irəliləyir. Həmin yola riayət edilmənin təlimatı üzrə tədrislər Misirdə Əl-Əzhar, Mərakeşdə Əl-Karauin və Tunisdə Az-Zaytuni, eləcə də onlar kimi Suriya, İraq, Şimali Qafqaz, Orta Asiya və digər ölkələrdəki təhsil müəssisələrində keçilir. Bu düzgün, əsl yoldan azanlar Əhl as-Sunna va əl-Cəmaa yolundan azanlar və yenilik və yanlışlığa tapınanlardır”.

“Qrozni fətvası” özünü sünnü adlandıranlar üçün istiqaməti müəyyən etmişdir, lakin bu islam qanunlarına müvafiq deyil və buna görə də islam dininin ardıcılları üçün yanlış və qadağan olunandır. “Bu sektalar müsəlmanları ayrır, onlar arasında nifrət və narahatlıq alovlandırır, ekstremizm və terrorizm doğurur, din alimlərinin qanını axıdır” – fətvada deyilir. Yuxarıda adı çəkilən İŞİD, “Müsəlman Qardaşları” və “Hizbut Təhrir”dən başqa yalançı islam sektalarının sırasına sələfilər (vəhhabilər0 də aid edilmişdir. “Vəhhabilər – Məhəmməd bin Abdul Vahhab an-Nədcinin – hansı ki , müəyyən olunmuşdur ki, o, müsəlmanları etiqadsızlıqda ittiham edir, onları o dərəcədə dindən dönənlər (mürtədlər) hesab edirdi ki, onları öldürməyə də icazə verirdi –  davamçılarıdır, – “Qroznı fətvası” belə bir anlayış verir  – Bu sektanın bir çox başqa adları da vardır. Onları “at-taymiyyə” də adlandırırlar, o səbəbdən ki, onlar dində Əhməd bin Abdulhalim bin Taymiyinin (sələfiliyin banisi, XIII əsrdə yaşayıb, Məhəmməd Abdulvahabın mənəvi ustadı hesab olunur – EADaily) bir çox yanlış fikirlərinin arxasınca gedirlər. Onları ona görə “sələfilər” adlandırırlar ki, onlar  yanlış olaraq özlərini əməli-saleh əcdadlara (sələflərə) aid edirlər. Onları həm də “əl-mədhaliyə” adlandırırlar, ona görə ki, özlərinin başçıları Rabia bin Hadi əl-Mədhalinin təkfirçi (müsəlmanları dönüklükdə ittiham etmək) fikirlərinin arxasınca gedirlər. Onları həmçinin “əl lya məzhəbiyyə (“Məzhəbsizlər”) adlandırırlar, ona görə ki, onlar saleh məshəblərə qulluq etməyi rədd edirlər və  özlərinin dar təfəkkürləri və yanlış anlayışlarının diqtə etdiyi yolla gedirlər. Onlar özlərinin yolu azmış ideyalarını yayır, bunları yanlış olaraq Əhməd bin Hənbala (Bağdaddan olan müsəlman illahiyyatçısı, islamda hənbəlizm məzhəbinin banisi – EADaily) aid edirlər. Fətvanın mətnində Misirdə “Əl-Azhar”, Mərakeşdə “Al-Karauni”, Tunisdə “Zeytuni” kimi “böyük bilik məktəblərinə ” geri dönüş təklifi səsləndirilmişdir. Bununla da konfrans iştirakçılarıSəudiyyə Ərəbistanı və Qətərdən olan sələfi ali təhsil ocaqlarının nüfuzunu devirmiş oldular.

Baxmayaraq ki, “Qroznı fətvası”nı yalnız Rusiya Federasiyası ərazisində icra edilməsi mütləq olan kimi müəyyən ediblər, o, Fars körfəzinin bir sıra ölkələrinin siyasi, illahiyyatçı və jurnalist çevrələrinin narazılığına səbəb olub. Xüsusən səudiyyəli jurnalist Məhəmməd Əl-Şeyx özünün Tvitter səhifəsində yazır ki, Qroznıda “konfrans Rusiya və İran kəşfiyyatlarının müşahidəsi altında keçirilib” və onun yeganə məqsədi “Səudiyyə Ərəbistanını “Sünnə tərəfdarları” olan ölkələrin siyahısından silib çıxarmaq olub.  Səudiyyə Ərəbistanı və Qətərin illahiyyatçı dairələri  “Qroznı fətvasını” dəstəkləyən və vəhhabiçiliyi psevdoislamçı ekstremist cərəyan adlandıran  “Əl-Azhar” rektoru Əhməd Tayibi kəskin tənqid ediblər. Səudiyyə KİV tayibi onda ittiham edib ki, o, uzun müddət “Səudiyyə üləmalarının müdrüklüyündən qidalanıb”, indi isə “Səudiyyə Ərəbistanını müsəlman dünyasından silib atmaq istəyən Putinlə ittifaqa girib”. Livanın “Əl-Manar” qəzetinin xəbər verdiyinə görə Qətər və Səudiyyə Ərəbistanının səlfi çevrələrində Qroznı konfransı “qəmgin hadisə”, Çeçenistanın başçısı Ramzan Kadırov isə “dəli olmuş sufi” adlandırılıb. Ər-Riyaddakı kral Xalid məsçidinin imamı cümə xütbəində  bildirib ki, Qroznı konfransında “əsl müsəlmanları tonqalda yandırmaq” qərara alınıb.

Məhəmməd ben Abdelrəhman al-Arifi  özünün Suriyanın qanuni hakimiyyətinə qarşı “azadlıq cihadına” qoşulmaq barəsində müsəlmanlara etdiyi çıxışlarla məçhurdur. 14 iyun 2013-cü ildə Qahirənin məsçidlərinin birində cümə xütbəsi ilə çıxış edərkən səudiyyli illahiyyatçı söyləmişdi: “Mən Misirin qəhrəman xalqını Suriyanı dəstəkləməyə çağırıram. Mücahidlər, düşmən, tiran Əsəd arşısında sıx birləşin. Mən sizə and içirəm ki, tezliklə islam xilafəti qurulacaq və mən artıq bunu öz gözlərimlə görürəm”. özünün Rusiya müsəlmanlarına ünvanladığı video-çaxlarda  Arifi tez-tez Rusiya hakimiyyətini “müsəlmanları təqib etməkdə” günahlandırır, Ramzan Kadırovu isə “tiran” adlandırır.

EADaily Şimali Qafqaz redaksiyası.

24saat.org

 

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Şimali Koreyada ağlasığmaz qadağa qəbul edildi

Loading...
%d bloqqer bunu bəyənir: