Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Korrupsionerlərin ünvanlı, adbaad ifşası zəruridir”

Əyyub Kərimov: “Vətəndaş inanmalıdır ki, korrupsioneri ifşa etdiyinə görə ona təpgi olmayacaq”

Tanınmış hüquqşünas Əyyub Kərimov 24saat.org-a açıqlamasında korrupsiyaya qarşı effektiv mübarizəni şərtləndirən ən başlıca amilə diqqət çəkib. Hazırda ölkədə korrupsiyaya qarşı mübarizə məqsədi ilə müxtəlif qanunların tətbqi edildiyini, maarifləndirmə işlərinin həyata keçrildiyini bildirən hüquqşünas, problemin həllinə nail olmaq üçün vətəndaş fəallığının təmin edilməsinin zəruri olduğunu vurğulayıb:

“Korrupsiya cinayətlərinə qarşı effektli mübarizənin təmin edilməsi üçün ilk növbədə vətəndaş fəallığı olmalıdır. Vətəndaş fəallığı olmalıdır ki, korrupsionerlərin adını, ünvanını göstərsin. Onları ünvanlı şəkildə, adbaad ifşa etsin. Yalnız belə olan halda korrupsiyaya qarşı uğurlu mübarizə aparmaq, ciddi nəticə əldə etmək mümkündür. Bir yerdə ki, korrupsiyaya, cinayətkarlığa qarşı vətəndaş fəallığı yoxdur, bir yerdə ki, vətəndaşlar buna maraq göstərmir, vətəndaş fəallığı təmin edilmir, heç bir tədbir korrupsiyaya qarşı effektiv mübarizəni təmin edə bilməz.

Bu məsələdə vətəndaşın dövlətə, əlaqədar instansiyalara inamı da mühüm rol oynayır. Çünki vətəndaş inanmalıdır ki, o, korrupsiyanın ünvanını göstərirsə, ona qarşı təpgi olmayacaq, əksinə onun göstərdiyi ünvanla bağlı araşdırılma aparılacaq. Belə olarsa, o zaman korrupsiya hallarının qarşısını əhəmiyyətli dərəcədə almaq, bu mübarizədə önəmli uğurlar əldə etmək mümkün olar”.

Seymur Əliyev

24saat.org

 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Qaynana” ləqəbli deputatın azadlığa buraxılmasından 2 il ötür

%d bloqqer bunu bəyənir: