Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Kontakt Home”-un saxta mal fırıldağı – KÜTLƏVİ NARAZILIQ

kontakt“Son günlər bizim təşkilata mürəkkəb texniki məişət əşyalarından, mallardan ən çox şikayətlərin gəldiyi ticarət şəbəkəsi “Kontakt Home”dur. Məişət əşyalarının nasazlığı ilə bağlı məktublar daxil olub”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O bildirib ki, “Kontakt Home” ticarət şəbəkəsinin satdığı mallardan narazılıq edən alıcıların sayı artır: “Paytaxtın Nərimanov rayonunun, Həsən Əliyev küçəsi 96 ünvanında yaşayan sakini Şirinova Elnura təşkilatımıza ünvanlandığı şikayət məktubunda bildirib ki, 7-ci mikrorayondakı “Kontakt Home-1”-dən kredit yoluyla bir neçə məişət əşyası, o cümlədən “Mitsubishi” kondisioneri, televizor alıb. O, bu alış-verişə görə 2614 manat ödəyib. Lakin yeni kondisioner ilk gündən işləməyib”. Alıcı bu səbəbdən şirkətə müraciət edib:

“Onun mənzilinə gələn ustalar kondisionerə ümumiyyətlə qaz vurulmadığını deyiblər. Kondisioneri təmir etmək üçün 9-10 dəfə usta çağırılıb. Lakin qızdırıcı avadanlıq təmir edilməyib. Ona görə də qış fəslində kondisioner mənzilə istilik verməyib. Ötən il alınmış qızdırıcı avadanlıq həmin vaxtdan bu günə kimi işləməyərək mənzilə istilik və ya sərinlik vermir. O, dəfələrlə usta çağırsa da, qızdırıcı avadanlıq düzəlməyib. Bu səbəbdən alıcı kondisioneri geri qaytarmaq istəyir”. Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyinə edilən şikayətlərdən “Kontakt Home”un köhnəlmiş malları bərpa edərək istehlakçılara satması məlum olur: “Düşünürəm ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 96 ünvanında yaşayan Şirinova Elnura adlı xanıma satılmış kondisioner də həmin mallardandır. Biz bu problemi “Kontak Home”la danışıqlar yoluyla həll etmək istədik, lakin buna nail ola bilmədik. Həmin səbəbdən İqtisadiyyat Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi məktublarla müraciət etdik ki, vətəndaşın hüququ qorunsun”.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Qusarın İcra Başçısı əhaliyə zülm edir – İDDİA

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: