Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Konstitusiya Məhkəməsi ölkədə monarxiyanın qanuniləşməsinə “hə” dedi

Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu iyulun 25-də Konstitusiyaya dəyişikliklər haqda referendum aktı layihəsinin Konstitusiya tələblərinə uyğunluğunu müzakirə edib. Plenum ölkə başçısı İlham Əliyevin təklif etdiyi dəyişikliklərin Konstitusiya tələblərinə zidd olmadığına rəy verib.

 

Rəyi elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, təklif edilən dəyişikliklər Azərbaycan Konstitusiyasının müddəalarına zidd deyil və ümumxalq səsverməsinə çıxarıla bilər.

Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.

Xatırladaq ki, referendum aktı layihəsinin rəy verməsi üçün Konstitusiya Məhkəməsinə göndərilməsi barədə İ.Əliyev iyulun 18-də sərəncam verib. Layihədə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Ölkənin demokratik ictimaiyyəti bu dəyişiklikləri Azərbaycanda monarxiya quruluşunu qanuniləşdirmək cəhdi kimi qiymətləndirir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Vitse-prezidentlər kimləri səlahiyyətsiz qoyacaq?

%d bloqqer bunu bəyənir: