Konstitusiya Məhkəməsindən referenduma “yaşıl işıq”

Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında Prezident İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin  Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.

24saat.org-un  xəbərinə görə, rəyi elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, təklif edilən dəyişikliklər  Konstitusiyanın müddəalarına zidd deyil və ümumxalq səsverməsinə çıxarıla bilər.

 

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

 

Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

 

24saat.org
Loading...

Mehman Hüseynov AZADLIQDA! – FOTOLAR

Sonrakı Yazı »

İqtisad Universitetində müdhiş rüşvət əməliyyatı

%d bloqqer bunu bəyənir: