Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Komandirim Mehdinin ermənilər tərəfdən vurulduğunu soruşdu” –Cəbhə xəttində dəhşətli qətl

Hərbi hissədə qətl hadisəsi törətməkdə təqsirli bilinən Balakən rayon sakini, 1995-ci il təvəllüdlü Samir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


İttihama görə, Samir Məmmədov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətdə olarkən ağır cinayət törədib. O, 1 mart 2015-ci il tarixdə, saat 17.00-dan 19.00-dək xidmətetdiyi tağımın Tərtər rayonunun Borsunlu kəndi ərazisində düşmənlə təmas xəttində yerləşən postunda naryadda olub.
Samir Məmmədov postda döyüş növbəsində olarkən saat 18.45radələrində onunla birgə həmin postda döyüş növbəsində olan əsgər yoldaşı Mehdi Mirzəyev təyin olunduğu müşahidə mövqeyini tərk etdiyi üçün ona bir azdan postda döyüşnövbətçiliyini onlardan qəbul edəcək yeni növbənin gələcəyini deyərək müşahidə mövqeyinəqayıtmasını bildirib.
Mehdi Mirzəyev Samirə “sən kimsən mənə göstəriş verirsən” deyə cavab verib. Buna görə də onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Mehdi MirzəyevSamirin özünün və anasınınünvanına nalayiq sözlər işlədib.
Bu zaman Samir Məmmədov hər iki əli ilə Mehdi Mirzəyevin üzərindəolan zirehli gödəkcədən tutaraq onu aşağı çəkib. Həmin vaxt Mehdi Mirzəyevdizləri üstə yerəyıxılıb.
“Döyüş postunda naryadına təyin olunduq”
Daha sonra Samir əvvəlcədən tək-tək rejimdə döyüşə hazır vəziyyətə gətirmiş olduğu avtomat silahdan atəş açaraq Mehdi Mirzəyevin baş nahiyəsindən vurub. Mehdi Mirzəyev aldığı xəsarətdən hadisə yerində ölüb.
Samir Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Cinayət işi Tərtər Hərbi Məhkəməsində araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Samir Məmmədov ona elan olunmuş ittiham ilə özünütəqsirli bilməyib. O, bildirib ki, ehtiyatsızlıqdanMehdi Mirzəyevinölümündə özünüqismən təqsirili bilib: “Martın 1-də, saat 17.00-da əsgərlər Mehdi Mirzəyev və Davud Hüseynli ilə birlikdə döyüşpostunda döyüş növbətçiliyi naryadına təyin olunduq. Həmin vaxt Mehdi Mirzəyevmüşahidə məntəqəsində, Davud Hüseynli düşmən mövqelərini müşahidə etmək üçün nəzərdətutulmuş səngər yolunda, özüm isə bölüyə gedən səngər yolunda dayanaraq müşahidə aparmışıq”.
“Güllənin Mehdiyə dəydiyini bilmişəm”
Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 18.45-də qəflətən düşmən mövqelərini müşahidə etmək üçün nəzərdə tutulmuş səngəryolunda itlər hürüb: “Cəld xidməti istifadəmdə olan AKM markalı avtomat silahı, əsgər Davud Hüseynli isə özünə təhkim olunmuş avtomat silahı döyüşə hazır vəziyyətə gətirdik. Birlikdə səs gələn istiqamətəgetdik. Heç bir təhlükə olmadığını aşkar edərək geri qayıtdıq. Həmin vaxt Mehdi Mirzəyevigördüm. Davud Hüseynli ilə birlikdə onun yanından keçdik. Az sonra Davud Hüseynli məndən qarşı tərəfə keçdi, 6-cı bölüyün dayaq məntəqəsinə gedənsəngərin giriş hissəsində dayandı.Həmin vaxt Davud Hüseynli silahın patron yuvasında patronolub-olmamadığını yoxlamaq məqsədi ilə patron darağı çıxıraraqsəngərin üzərinə qoydu. Mən də özümə təhkim olunmuş silahın içərisində patron olub-olmamasını yoxlamaq məqsədi iləçaxmağıçəkib buraxdım, patron yuvasında olan bir güllə yerə düşdü.Sonra silahıntətiyini çəkdim, silahdan bir atəş açıldı. Bu zaman Mehdi Mirzəyev yerə yıxıldı. GülləninMehdiyə dəydiyini bilmişəm”.
“Mehdi məni söyməyib”
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt Davud Hüseynli dayaq məntəqəsi istiqamətindəqaçıb,az sonra hadisə yerinə manqa komandiri Xəyal Əsədov və əsgəryoldaşları gəliblər: “Xəyal Əsədov məndən Mehdinin ermənilər tərəfdən vurulduğunusoruşdu. Mən isə özümə təhkim olunmuş avtomat silahdan açılan bir atəş nəticəsində gülləninMehdi Mirzəyevədəydini bildirdim. Sonra məni tağımın dayaq məntəqəsinə, Mehdi Mirzəyevi isəərzaq daşıyan avtomobilə tibb məntəqəsinə apardılar”.
Samir Məmmədov qeyd edib ki, atəş açılan vaxt bərkqorxub, tərpənpəz vəziyyətdə qalıb,ətrafında olanları hiss etməyib: “Özümə təhkimolunmuş avtomat silahı yoxlayan vaxt patron darağın silahın üzərində olduğunu bilməmişəm,çaxmağı çəkərkən bir ədəd patron yerə düşdü, darağda olan digər patron isə güllə yuvasınadaxil olub.Bu səbəbdən tətiyi çəkərkən bir dəfə atəş açılıb”.
Samir Məmmədov bildirib ki, Mehdi Mirzəyevləmünasibəti həmişə normal olub, aralarında heç bir düşmənçilik və ədavət olmayıb: “Hadisədən əvvəl və hadisə olan gün Mehdi Mirzəyevlə mübahisə etməmişəm.Mehdi Mirzəyevheç vaxt mənim ünvanıma nalayiq söyüşlər söyməyib. Silahı yoxlayarkən MehdiMirzəyevin yanımda olub-olmamasına fikir verməmişəm. Mehdi Mirzəyevi qəsdənöldürməmişəm. Silahla davranış qaydalarını pozmağım nəticəsində əlim tətiyə dəyib,ehtiyatsızlıqdan bir atəş açılıb və güllə Mehdi Mirzəyevin baş nahiyəsinə dəyi. Hadisədən sonra çox həyəcanlı olmuşam. İbtidai istintaq zamanı hansıməzmunda ifadə verməyimin fərqində olmamışam.
“Müstəntiq ifadələri oxumadan mənə imza etdirib”
Samir Məmmədov qeyd edib ki, 2 mart 2015-ci il tarixdə şübhəli şəxsqismində və 3 iyun 2015-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri onunsözləri ilə düzgün yazılmayıb: “Mehdi Mirzəyevlə mübahisə etməmişəm. Mehdi anamın ünvanına nalayiq söyüş söyməyib. Müstəntiq ifadələri oxumadan mənə imza etdirib.Busəbəbdən həmin tarixli ifadələrimi təsdiq etmirəm.Yalnız 23 iyun 2015-ci il tarixdə verdiyim ifadəmi təsdiq edirəm. Hadisə təsadüfən olduğundan mərhumun valideynindən üzr istəyirəm və məhkəmədən mənə yüngül cəza təyin edilməsini xahiş edirəm”.
“Oğlum həmişə xidmətindən razı olub”
Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən NəbiMirzəyevbildirib ki, oğlu Mehdi Mirzəyev 2014-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon İdarəsitərəifndən hərbi xidmətə çağırılıb və xidmət etmək üçün “N” saylı hərbi hissəyəgöndərilib: “Mehdi Mirzəyevxidmətlə bağlı hər hansı bir çətinliyinin olması, komandirlərivə əsgər yoldaşları ilə mübahisə etməsi, incidilməsi barədə mənə heç bir söz deməyib. Oğlum həmişəxidmətindən razı olub”.
NəbiMirzəyevin sözlərinə görə, Mehdi Mirzəyevlə sonuncu dəfə 27 fevral 2015-ci iltarixdə telefonla danışıb: “Həmin vaxt Mehdi hər şeyin yaxşı olduğunu bildirdi. Martın 2-də, 11.00-da hərbi qulluqçular oğluminmeyitini evimizə gətirdilər. Məhkəmədən təqsirləndirilən şəxs Samir Məmmədova ağır cəzatəyin edilməsini xahiş edirəm”.
12 il 6 ay cəza
Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Samir Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Hərbi Prokurorluq apelyasiya protesti verib. Prokurorluq Samir Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib.
Həmçinin Samir Məmmədovun vəkili də apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini xahiş edib. Tərəflərin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elşad Bayramovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Tərəflərin şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin vəkilinin apelyasiya şikayəti təmin edilməyib.
Məhkəmə prokurorluğun protestini təmin edib. Samir Məmmədovun cəzasını 12 il 6 aya qədər artırıb.
Aydın Məmmədov

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Mindən çox adam qəsdən zəhərlənib

%d bloqqer bunu bəyənir: