Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Komandamla fəxr edirəm” – Zinəddin Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan “Borussiya” ilə Çempionlar Liqasında dünən keçirilən oyunu (2:2) şərh edib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Dortmunddakı oyundan sonra təşkil olunan mətbuat konfransında o, komandasının yaxşı oyun nümayiş etdirdiyini, amma nəticədən narazı qaldığını bildirib.

“Düzdür, bir xal da pis deyil. Amma biz daha artığına layiq idik. Ən acınacaqlısı odur ki, futbolçularımızın fədakarlığına baxmayaraq, oyunun bitməsinə üç dəqiqə qalmış qol buraxdıq və qələbəni əldən verdik. Bununla belə, komandamla fəxr edirəm”.

Zidan “Real” ın La Liqa da daxil olmaqla son üç oyunda xal itirməsinə də də toxunub: “Mən utanıram ki, bu matçlarda qalib gələ bilməmişik”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Əliyar Ağayev “Roma”nın oyununa görə nə qədər pul alacaq? – FOTO

%d bloqqer bunu bəyənir: