Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kökəlmə səbəbinizi bilirsinizmi?

Bəziləri nə qədər arıqlasa da, qarında toplanan yağlardan, bəziləri isə budlarda və ya ombada toplanan yağlardan heç cürə xilas ol bilmir. Publika.az xarici mətbuata istinadən kökəlmə səbəblərini təqdim edir:

Ekspertlərin fikrincə, 1-ci şəkildə göründüyü kimi bədəninizin üst hissəsindən kökləlirsinizsə, bunun səbəbi çox yeməyinizdir. Sağlam qidalanmağa çalışaraq bədənin yuxarı hissəsində toplanan yağları əridə bilərsiniz.

2-ci şəkildəki kimi sadəcə qarnınız varsa, bunun səbəbi tamamilə sinirlərlə bağlıdır. Stress keçirdiyiniz, yaxud şişkinlik və mədə pozğunluğu olduğu üçün də qarnınız şişkin görünə bilər.

3-cü şəkildəki kimi baldır hissəsində toplanan yağlar sizi narahat edirsə, bu problemin səbəbi artıq qlüten istehlakı ola bilər. Bu problemi aradan qaldırmaq üçün qlütensiz ərzaqlara üstünlük verməlisiniz.

4-cü şəkildəki kimi ön qarın bölgəsindən kökəlirsinizsə, bu, problem genetik uyğunluqla bağlı ola bilər. Ailənizdə bu hissədən kökələnlər varsa, onunla mübarizə aparmaq zəhmət tələb edəcək. Bunun qarşısını idman edərək ala bilər və ya qarın əzələlərini möhkəmləndirərək qarnınızı nəzarət altında saxlaya bilərsiniz.

5-ci şəkildə kimi bud və qıç bölgəsindən kökəlməyə səbəb kimi qan dövranı problemlərini göstərmək olar. Həkimə müraciət edərək bu problemin həllini tapmaq mümkündür.

6-cı şəkildəki kökəlmək isə hərəkətsizliklə əlaqəlidir. Uzun müddət oturaq bir işdə çalışırsınızsa, bədəninizin bu hala düşməsinə hazır olun. Əgər bədən quruluşunun formada qalmasını istəyirsinizsə, hər gün mütləq idman edin.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Aclıq edən Çovdarov 12 kilo arıqlayıb – Səhhəti pisləşib

%d bloqqer bunu bəyənir: