Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
tel

Köhnə televizoru olanlar – DİQQƏT (VİDEO)

Noyabrın 1-dən Bakıda, dekabrın 1-dən etibarən isə bölgələrdə dekoder cihazı olmadan televiziya kanallarına baxmaq mümkün olmayacaq. Çünki, Milli Televiziya və Radio Şurası həmin tarixdən etibarən ölkədə analoq yayımın dayandırılacağını açıqlayıb. “Xəzər Xəbər” bu qərardan sonra ölkə kanallarına baxmağın necə mümkün olacağını araşdırıb.

24saat.org xezerxeber.com-a istinadən bildirir ki, Milli Televiziya və Radio Şurası ümumölkə televiziya proqramlarının analoq yayımının Bakı və Abşeron yarımadasında noyabrın 1-dən, bölgələrdə isə dekabrın birində dayandırılacağını açıqlayıb.

Bəs bu qərar nə mənaya gəlir? Şuradan verilən məlumata görə rəqəmsal yayımı qəbul etmək üçün hansı televizorlarda qəbuledici mexanizm yoxdursa vətəndaşlar həmin televizorlarla ölkədə yayımlanan kanalları izləyə bilməyəcəklər. Belə televizoru olanlar mütləq rəqəmsal yayımı göstərəcək dekoderlər almalıdırlar. Bu cihazların bazardakı qiyməti isə fərqlidir.

Ekspertlər bildirir ki, müasir televizorların əksəriyyəti rəqəmsal yayımı dəstəkləyir. Buna görə də rəqəmsal yayıma keçid vətəndaşlar üçün o qədər ciddi problem yaratmayacaq.

Milli Televiziya və Radio Şurasından bildiriblər ki, aztəminatlı ailələrə dekoderlərin güzəştli və ya pulsuz verilməsi məsələsi müzakirə mövzusu olsa da, hazırda belə bir addımın atılması gözlənilmir.

Milli.Az

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Neftçilərə mobil telefon qadağası – niyə indi?

%d bloqqer bunu bəyənir: