Now Reading:
Koalisiya yığıncağa hazırlaşır
Full Article 50 second read

Koalisiya yığıncağa hazırlaşır



Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası aprelin 30-da ümumi yığıncaq keçirməyi nəzərdə tutur. Bu haqda koalisiyanın üzvü Qubad İbadoğlu bildirib.

Q.İbadoğlunun deməsinə görə, toplantıda koalisiyanın yeni orqanlarının seçilməsi və koordinatorun ikiillik hesabatının dinlənilməsi gözlənilir: «Bir də iyunun 1-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü koalisiyasında Azərbaycan məsələsi müzakirəyə çıxarılacaq və həmin məsələ ümumi yığıncaqda müzakirə edilə bilər».

Q.İbadoğlu qeyd edib ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq katibliyin regional direktoru Dyveke Rogan bu məsələ ilə bağlı Bakıya gəlməlidir. Səfərin məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin durumunu dəyərləndirmək və iyunun 1-də Osloda keçirilməsi gözlənilən beynəlxalq idarə heyətinin toplantısına hesabat hazırlamaqdır.

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 2004-cü ildə təsis edilib. Təsis zamanı tərkibində 30 QHT olub. İndi koalisiyanın 137 üzvü var. Amma koalisiya qeydiyyatdan keçməyib.

Ötən il Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞK) Azərbaycanın bu qurumda statusunu aşağı salmışdı. Azərbaycan tamhüquqlu üzvdən müvəqqəti üzvlüyə keçirilmişdi.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: