Klintonu bülletenləri yenidən saymağa çağırıblar

Hüquqşünaslar Hillari Klintonu üç ştatda səslərin yenidən hesablanmasını təşkil etməyə çağırıblar.

Moderator.az xəbər verir ki, bu barədə “Associated Press”ə istinadən “Vedomosti” məlumat yayıb.
Nəşr qeyd edib ki, seçkilərin keçirilməsi üzrə ixtisaslaşan hüquqşünaslarda seçkilərin nəticələrinə dair şübhələr yaranıb.
Onlar bu ştatlarda kiber hücumların səsvermə üzrə nəticələrin düzgün hesablanmamasına səbəb ola biləcəyini düşünürlər.
Hüquqşünaslar Demokrat partiyasının daha çox dəstəkləndiyi Pensilvaniya, Miçiqan və Viskonsində səslərin yenidən hesablanmasını təkilf edirlər.
Hüquqşünaslar qrupuna rəhbərlik edən vəkil Con Bonifaz, sadəcə kağız bülletenlərin sayılmasını deyil, eləcə də seçkilər zamanı kiber hücumlara məruz qalan aparatların da diaqnostikasının aparılmasını təklif edib. Bonifazın təklifini Miçiqanın Kompüter təhlükəsizliyi və ictimaiyyət mərkəzinin direktoru Aleks Halderman dəstəkləyib.

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Postda yatan erməni əsgər güllələndi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: