Klintona qələbə şansı yaranıb – 2 milyon səs


ABŞ-da prezidentliyə namizəd Hillari Klintonun öz rəqibi Donald Trampı 2 milyon seçici səsi ilə qabaqlamasına baxmayaraq, seçkidə məğlub olması onun tərəfdarlarını çıxış yolları axtarmağa vadar edir

Politika.Az
xəbər verir ki, ekspertlər Klintonun 2 milyona yaxın səsinin onun seçkidə qalib elan edilməsinə şans yaratdığını bildirir.

CNN bildirir ki, son nəticələrə görə, Klinton 63,96 milyon, Tramp isə 62,21 milyon nəfərin səsini qazanıb.
Klintona qələbə şansı yaranıb
Ekspertlərin düşüncəsinə görə, Miçiqan, Pensilvaniya və Viskonsin ştatında səslərin yenidən sayılması ilə bağlı məsələni Klinton mübahisələndirə bilər.

Ekspertlərin düşüncəsinə görə, həmin ştatlarda nəticələri mübahisələndirmək mümkündür və əgər həmin səslərin kiberhücum nəticəsində əldə edilməsi istisna edilmir.
“Bu nəticəyə kiberhücumun hansı dərəcədə təsirini öyrənmək üçün büllütenlər tam dəqiqliklə yoxlana bilər” deyə Miçiqan ştatındakı Kompüter Təhlükəsizliyi Mərkəzinin direktoru Aleks Halderman bildirib.

Qeyd edək ki, Tramp seçicilərin 290, Klinton isə 232-nin səsini alıb. Miçiqanda səslərin sayılması hələ bitməyib, ancaq indiyə qədərki nəticə Trampın xeyrinədir.

Xatırladaq ki, sonuncu dəfə səslərin sayılması Corc Buş və Albert Qorun 2000-ci ildəki seçkisində qeydə alınıb. O zaman Corc Buş rəqibi Albert Qoru 537 səslə qabaqlayıb və nəticədə Florida ştatında qələbə Buşa verildiyinə görə o, ölkənin 43-cü prezidenti seçilib.

Paylaş:

Kəmaləddin Heydərova yeni “köhnə rəqib” – FƏRHAD ƏLİYEV QAYIDIR

Sonrakı Yazı »

Suriyada türk hərbçiləri öldürülüb

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: