Loading...
Loading...

“Klinton prezident olarsa, Azərbaycanla bağlı…”

Bu il ABŞ-da prezident seçkiləri keçiriləcək. Amerikada prezident seçilən şəxslər dünya siyasətində söz sahibi olurlar.  Demokratlar Partiyasının prezidentliyə  namizədi  Hillari Klinton dövlət başçısı olarsa Aö Evin Azərbaycan və Cənubi Qafqazla bağlı ı siyasəti necə olacaq?

Məsələ ilə bağlı Harvard Universitetinin məzunu, politoloq Bəxtiyar Hacıyev Modern.az-a fikirlərini bildirib.

Onun sözlərinə görə, növbəti prezidentin kim olmasından asılı olmayaraq, ABŞ-ın beynəlxalq siyasəti maraqlarını etmək istiqamətində qalacaq.

 

“Hazırkı namizədlərin xarici siyasət baxımından təcrübələri və müəyyən məsələlərdə mövqeləri isə bir-birinə ziddir. Namizədlərdən biri uzun illər həm başqa statusda, həm də xarici siyasətə rəhbərlik etmiş şəxs kimi təcrübəli, digəri isə ümumiyyətlə, heç bir təcrübəyə malik olmayan şəxsdir”.

 

Ekspertin fikrincə, Hillari Klinton ABŞ prezidenti seçilərsə, Barak Obamanın xarici siyasətindən ciddi fərqlənəcək dəyişikliklər gözləmək olmaz.

“Bu dəyişikliklər olsa belə, sırf Azərbaycan və Cənubi Qafqazla bağlı yox, ümumi postsovet məkanı ilə bağlı ola bilər. Məsələn, ayrıca və təkcə Qarabağ münaqişəsinin həlli ilə bağlı bir mövqe gözləmək olmaz.

 

Əgər bu məsələdə hər hansı bir irəliləyiş, fərqli mövqe nümayiş etdiriləcəksə, o da postsovet məkanında Rusiyanın nəzarətdə saxladığı münaqişələrin həlli çərçivəsində ola bilər.  Donald Tramp prezident seçilərsə, onun hansı addımlar atacağını proqnoz etmək mümkün deyil.

 

Birincisi, ona görə ki, Trampın nə daxili siyasət, nə də xarici siyasətlə bağlı heç bir təcrübəsi yoxdur. İkincisi, o, seçki kampaniyası dövründə gözlənilməz addımlar atdı. Verdiyi ziddiyyətli bəyanatlar onu göstərir ki, Trampın hansı qərar verəcəyini əvvəlcədən proqnozlaşdırmaq sağlam ağlın imkanları xaricindədir”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycanda velosiped yolu salındı – FOTO

Loading...
%d bloqqer bunu bəyənir: